Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə çəki stansiyası yaradılacaq
2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.
Adalet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və "Yol Departamenti" fondu olub.
Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 - 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.
Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

