Ermənistan Xankəndidəki III MDB Oyunlarına dəvət alıb: Gələcəklər?
Xəbər verdiyimiz kimi, Azərbaycanda keçiriləcək III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək, yarışlar 23 idman növünü əhatə edəcək. Oyunlar Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil ediləcək.
Adalet.az Sivil.net erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Azərbaycanda keçiriləcək üçüncü MDB Oyunlarında iştirak etmək üçün dəvət alıb. Bütün MDB ölkələrinə dəvət göndərilib, lakin Ermənistan hələ də iştirakını təsdiq etməyib.Bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Təhlükəsizlik və Əməliyyatlar şöbəsinin rəisi Aygül Ağayeva deyib.
Oyunların açılış və bağlanış mərasimləri Gəncə Mərkəzi Stadionunda baş tutacaq.
Ermənistanın təhsil, elm və texnologiya naziri Janna Andreasyan bildirib ki, təklif müzakirə olunacaq və yaxın vaxtlarda qərar qəbul olunacaq.
“Bu, müxtəlif hallardan, o cümlədən təhlükəsizlik tədbirlərindən asılıdır”. Düşünürəm ki, qərarlar tam məlumatla verilməlidir. "Biz müzakirə edib qərar qəbul edəcəyik", - nazir hökumətdə keçirdiyi brifinqdə jurnalistlərə deyib.
Erməni idmançılar əvvəllər də Azərbaycanda keçirilən idman tədbirlərində iştirak ediblər.
Azərbaycan 2009, 2014 və 2023-cü illərdə Ermənistanda keçirilən idman tədbirlərində də iştirak edib.
Buna baxmayaraq hazırda sosial şəbəkələrin erməni seqmentində revanşist erməni istifadəçilər bərk qəzəblənib və Ermənistan Baş naziri Nikol Paşinyanı tənqid və təhqir atəşinə tutblar.
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Fevral 2026 00:23
Bu qola görə məyus olduq - "Nyukasl"ın baş məşqçisi
19 Fevral 2026 00:07
Qurban Qurbanovdan İLK AÇIQLAMA - VİDEO
19 Fevral 2026 00:03
Elvin Cəfərquliyev Çempionlar Liqasının tarixinə düşdü
18 Fevral 2026 23:41
"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10


Bakı -°C

