Ermənistan Konstitusiyası dəyişməsə, qanlar axacaq: Polkovnik Atilla Altıkat
jpg-1756282189.jpg)
XX əsrin əvvəllərində ermənilər tərəfindən həyata keçirilən “Nemezis” planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun mühüm simaları qətlə yetirildi. Ermənilərin insanlığa qarşı nifrəti o qədər böyük idi ki, bu əməliyyatları Türkiyə Cümhuriyyəti dövründə də davam etdirdi. Beləki, Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Adalet.az xəbər verir ki, bu gün erməni terrorizminin həyata keçirildiyi günlərdən biridir.
Beləki, 27 avqust 1982-ci ildə polkovnik Atilla Altıkat səhər saatlarında avtomobilini idarə edərkən işıqforun qırmızı işığında dayandı. Yaxınlaşan maşındakı iki nəfərdən biri düşərək Altıkatı sağ ön şüşədən vurdu. 11 güllə dəyən Altıkat hadisə yerində dünyasını dəyişib. Hücum edənlər oradan uzaqlaşıblar.
Sui-qəsdə görə məsuliyyəti Ermənistanın ASALA təşkilatı öz üzərinə götürdü. Bu hadisə belə zorakılığa adət etməyən kanadalıları dərindən sarsıtdı və Baş Nazirlik tərəfindən qəti şəkildə pislənildi. Ölümündən sonra tutduğu vəzifəyə təyin olunan Coşkun Kırca da 1985-ci ildə Ottava səfirliyində hücuma məruz qalıb .
“Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Army for the Liberation of Armenia” -ASALA) adlanan bu təşkilat rəsmi olaraq 1975-ci ildə Livanın paytaxtı Beyrutda Akop Akopyan tərəfindən yaradılsa da əslində ilk terror eyni ideoloji şüura malik Qurgen Yanikyan tərəfindən 27 yanvar 1973-cü il tarixində ABŞ-da həyata keçirilib. G.Yanıkyanın başlatdığı bu terror əslində erməni terrorunun 3-cü dalğası idi.
Qeyd edək ki, daha sonralar məqsəd etibarı ilə ASALA-dan fərqli olmayan yeni -yeni erməni terror təşkilartları yarandı. Sizcə, erməni təfəkkürünün məhsulu olan ASALA terror təşkilatı tarixin zibilliyinə atıldımı? Ötən il ilk dəfə türk diplomatlarını şəhid edən erməni qatili Qurgen Yanikyanın şəkilinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğumuza asılması, ASALA-nın öz fəaliyyətini bərpa etməsi haqqında bəyanatı göstərir ki, bu mənfur ideologiya hələ yaşamaqda və yaşadılmaqdadır. “Böyük Ermənistan” yaradılmasını özünün əsas hədəfi seçmiş ASALA Azərbaycan və Türk dövlət xadimlərinin öldürülməsini də öz fəaliyyətlərinin tərkib hissəsi hesab edirlər.
Qeyd edək ki, ermənilər teror üçün əsas səbəb uydurduqları saxta erməni soyqırımınını göstərsələrdə buna başqa səbəblər də daxildir.Məsələn, “Qərbi Ermənistan” dedikdə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır. Ermənilər bunun da "qisas"ını türklərdən çıxırlar. Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış edəcək, Avropada da türk diplomatlar qətlə yetiriləcək, saxta soyqırım iddiaları güclənəcək.
Əntiqə Rəşid