Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
Son 2 il ərzində atəşkəs rejiminin ermənilər tərəfindən 258 dəfə pozulduğu qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında atəşkəs rejiminin tətbiq olunması məqsədilə təsis edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumat yayıb.
Bölgədə sülh və əmin-amanlığın bərqərar olması məqsədilə fəaliyyət göstərən mərkəz özünün kəşfiyyat və müşahidə texnikası ilə atəşkəsin pozulması hallarını qeydə alır və atəşkəsin pozulduğuna dair hər iki tərəfdən gələn bildirişləri izləyir. Zəruri tədbirlərin görüldüyü mərkəzdə eyni zamanda atəşkəsin pozulma halları sənədləşdirilir.
Beləliklə, Türkiyə-Rusiya Birgə Mərkəzi 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusunun baş verdiyini müəyyən edib.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərməkdədir.
Digər Xəbərlər
05 Oktyabr 2026 00:03
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 İL ÖTÜR
04 Oktyabr 2026 18:55
Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oktyabr 2026 18:51
Qəzada yaralanan 13 yaşlı məktəbli - Vəfat etdi
04 Oktyabr 2026 17:15
Sabiq prorektor dünyasını dəyişdi
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
04 Oktyabr 2026 09:25
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26


Bakı -°C

