adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Yanvar 2023 11:12
432
GÜNDƏM

Ermənilər XİN-in yeni müavininə qəzəb püskürdülər: Səbəb...

İki gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin olunan Vahan Kostanyan erməni ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb.


Adalet.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində və erməni mediasında yeni müavini təhqir edən statuslar paylaşılır, şərhlər yazılır.
Erməniləri bu seçimə qəzəblənməsinin səbəbi var: Hələ 2019-cu ildə Ararat Mirzoyan “Vətəndaş Müqaviləsi” partiyasının mətbuat sözçüsü, Ermənistan parlamentinin sədri olarkən köməkçisi Vahan Kostanyan sosial şəbəkə hesabında ABŞ nümayəndələr Palatasının üzvü Frenk Palounun Qarabağda şəklini paylaşaraq qeyd etmişdi ki,  onu torpaqları təhvil verməzdən əvvəl sonuncu dəfə göstərmək üçün gətiriblər. Kostanyanı bu paylaşımı onu xeyli gözdən salmış, ermənilərin nifrətini qazanmışdı.


Qeyd edək ki, hətta “Hrapak” saytının əməkdaşı Vahe Makaryan Kostanyanı tənqid edən bir məqalə ilə çıxış edib.
Məqalədə deyilir: “Ararat Mirzoyanın tələbə dostu, elm dalınca gedəcəyini deyilərək ordudan qaçırılan və Şuşiyə (Şuşa nəzərdə tutulur-red-Ə.R.)təhvil verilənə qədər xidmət etməyən Vaan Kostanyanın torpaqların verilməsi mövzusunu ələ salmasına təəccüblənməyə dəyməz. Şuşinin Müqəddəs Qazançetsotlarının qarşısında, lakin əslində bunu elan edən Vahan Kostanyan Xarici İşlər Nazirinin müavini təyin edildi. Burada, bu uşaq sifətli, təcrübəsiz, diplomatiya ilə heç bir əlaqəsi olmayan bu gəncin Ermənistan dövlətini xarici aləmdə təmsil etməsi dövlət maraqları baxımından o qədər də zərərli deyil. Bu görüşlərdə Ermənistanı Türkiyəyə ayağına aparan siyasi xəttin təbliğini davam etdirəcək. Artsaxdan imtina, soyqırımın tanınması prosesi, dəyərlərimizin, kimliyimizin məhv olması faktı var. Yəni o, indi nazir müavini kimi Ermənistanı məhvə aparacaq xəttə xidmət edəcək”.

Əntiqə Rəşid