08 Dekabr 2023 14:50
1568
MƏDƏNİYYƏT

Ermənilər UNESKO-ya yeni iddialarla üz tutacaq:"Saz , səntur, dəf bizimdir"

Ermənilərdə sayıqlama, xəyalqurma, hallünasiya, şizofreniya və bu kimi hallar kökdən: süddən, sümükdən əmələ gələn hallar olduğunu özləri öz dilləri ilə sübut edirlər.


Bir neçə gün əvvəl xəbər verdik ki, 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" ( Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı"( Azərbaycan və Türkiyə) çoxmillətli faylları var.

Elə bu xəbərdən sonra ermənilərdəki "qədim xəstəlik" mənimsəmə hissi, yalan tirajlama daha da alovlanıb. Beləki, indi də onlar UNESKO-nun qarşısında bir neçə "qədim ermənilərə məxsus sənət nümunələrinin" erməni mədəni irsi kimi qeydiyyata alınması tələbini qoymağa çalışırlar.
Tert.am yazır ki. bununla bağlı təcili məsələ qaldırılmalıdır. “Dəf, səntur, saz ifaçılıq və çalğı sənəti ənənəsi”, mütləq erməni irsi qimi qiymətləndirilməlidir.
Tənbəllik etməyib şizofren toplumun özününküləşdirməyə çalışdığı bu 3 alətin tarixini araşdırmağa başlayıram.

Dəf- fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərəm məqaləsində yazır: "Musiqi tədqiqatçısı Ə.Hüseyn bildirir ki, dəfdən ən azı 8 min il əvvəl Azərbaycanda istifadə edilib:" Fikrimizcə, alət 8 min il əvvəl başqa cür, məsələn, dinqir adlanıb. Dinqir də qavala, dəfə oxşayan zərb alətidir. Dinqir dilimizin arxaik sözlərindən olan danqirin təhrif olunmuş formasıdır. Danqir-keçəl, daz deməkdir. Bildiyimiz kimi, heyvanın dərisini tüklərdən təmizləyərək aşılayır, "daz", "keçəl" hala saldıqdan sonra dəfəbənzər alətlərin sağanağını tikirdilər. Bu səbəbdən, aləti də bəzən dinqir (danqir) adlandırırdılar.

Dəf və dairə ərəb sözləridir. Bu sözlər dilimizdə çevrə deməkdir. Deməli, dəf də dairə kimi bütün nöqtələri mərkəzdən bərabər məsafədə olan qapalı həndəsi fiqurdur. Ə.Xaqani, N.Gəncəvi, Mücirəddin Beyləqani (XII), İ.Nəsimi, Həbibi (XV), M.Füzuli (XVI) şeirlərində dəfi vəsf ediblər.

Dəf 1931-ci ildə Ü.Hacıbəyli tərəfindən yaradılan Azərbaycan xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib. 1683-1684-cü illərdə Azərbaycanda olan alman E.Kempver dairə, dəf və qaval haqda məlumat verir, onları müqayisə edir, aralarındakı fərqləri göstərir. Qavaldan əsasən xanəndələr istifadə edirlər.

Yəni, qaval Azərbaycanda xanəndəlik sənətinin inkişafı ilə əlaqədar yaranıb. Qaval sözü - "qav" (qab) və "al" sözlərinin birləşməsindən əmələ gəlib. "Qav" məişətdə istifadə edilən qab və "al" şənlik, yaxud yalançı, aldadıcı mənalarını bildirir. Hər iki söz türk sözləridir. Nəticə olaraq, qaval sözü şənlik aləti (qabı) və ya yalançı alət (qab) fikrini bildirir".
Burdan da məlum olur ki, DƏF haqqında biz daha cəld addımlar atmalıyıq. Çünki faktlar bunu deyir.


Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.



Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır.
Musiqi tədqiqi ilə məşğul olan amerikalı alim Ella Zonis "Klassik fars musiqisi" əsrlərində K. Zaksın fikrinə əsaslanaraq bildirir ki, «Orta Şərq musiqi alətlərinin əksəriyyətində zidd olaraq, sitranın (santurun) heç bir növü antik dövrə aid edilə bilməz». Müəllif hesab edir ki, səntur ilk dəfə XI əsrin İran şairi Mənuçöhr tərəfindən musiqi alətlərində çalan müxtəlif quş növlərinin təsvir edildiyi poemada meydana çıxmışdır. Alətin özü isə Səfiəddin Urməvinin "Kitab əl-ədvar" əsərinə qədər təsvir edilməmişdir. Əsərdə verilən şəkildə santur düzbucaqlı olub, "nüzxə" adlandırılmışdır.

(Yenilənmiş səntur)


Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir"

Artıq məlumdur ki, sənturun da erməni ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdu.


SAZ- Ermənilər bu iddiasına Əməkdar Mədəniyyət İşçisi  Musa Nəbioğlunun sözləri ilə aydınlıq gətirək: " Türk mənəviyyatının rəmzlərindən biri olan saz və sinkretik,  yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti Azərbaycan milli mədəniyyətinin ən qədim qatları ilə bağlıdır.

Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti əsrlər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

Qopuz ən qədim simli çalğı alətlərindən biridir və yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Qopuzun iki növü daha geniş yayılmışdır. İkisimli qopuz Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir. Üçsimli qolça qopuz isə çağdaş sazın sələfi sayılır. Tarixi faktlar göstərir ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun (Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir) sazla əvəzlənməsi mərhələləri olmuşdur. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.

Ölçülərinə, pərdələrin və simlərin sayına görə üç cür saz var: Cürə saz (ölçülərinə görə ən kiçik sazdır, 4-6 simi olur); Orta saz (6-7 simi olur, ölçülərinə görə orta sazdır) və Tavar saz (adətən 8-9 simi olur, ölçülərinə görə ən iri sazdır). XX əsrin ortalarında ilk dəfə olaraq ustad aşıq Əmrah Gülməmmədov tavar sazı təkmilləşdirərək 11 simli edib.

Güman ki, belə bir sərsəm fikirlərə Azərbaycan laqeyd qalmayacaq.

Nəhayət, bir gün beynəlxalq təşkilatlar da etiraf edəcək ki, ermənilər çox ağır dərəcədə şizofreniya simtomlarının toplu olaraq daşıyıcılarıdır. Özgələrin malına "mənimdir" demək şizofreniyadan başqa heç nəyə şamil edilmir.

 Əntiqə Rəşid

(Məqalədə Vikipediya məlumatlarından istifadə edilib)