Ermənilər qəzəbləndi: Alen, Mher, Armen Yerablurda niyə gülürdü? - VİDEO

Ötən gün erməni ordusunun yaradılmasının 33-cü ildönümü idi.
Adalet.az xəbər verir ki, ordu günü münasibətilə baş nazir Nikol Paşinyan Respublika prezidenti Vahaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan baş nazirin müavini Mher Qriqoryan və Dövlət Şurasının katibi Armen Qriqoryan və Ermənistanın ali rəhbərliyi ilə birlikdə vətənin müstəqilliyi uğrunda canlarını fəda edən ermənilərin xatirəsini ehtiramla yad etmək üçün Yerablur Hərbi Panteonuna baş çəkiblər. Ziyarətin mühüm hissəsində Alen Simonyan, Mher Qriqoryan, Armen Qriqoryan harada olduqlarını unudaraq gülə-gülə bir-biri ilə söhbətləşməsi müharibə zamanı ölmüş hərbçilərin yaxınları tərəfindən qəzəblə qarşılanıb.
Xatırladaq ki, 2022-ci ildə Yanvarın 28-də Yerablurda “Mənim addımım” fraksiyasının üzvü olmuş deputat Lusine Badalyanın da əhvalı yüksəlmişdi. Ermənilər bir müddət onu təhqirlərlə gündəmdə saxlamışdı.
Qeyd edək ki, ölkəni qorumaq məsuliyyəti daşıyan ordu hər dövlətin mənafeyi məsələsidir. Amma 1992-ci ildə Ermənistan terrorçuları ,irqçiləri orduya dolduraraq Ermənistan Silahları Qüvvələrini yaratmışdır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
