adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyun 2023 15:00
805
MƏMLƏKƏT

Ermənilər Anarı "rus xalqının düşməni" çıxartmaq üçün təbliğata başlayıb

Xəbər verdiyimiz kimi, Rusiyada “Mister Sidr” içkisini istehsal edən “Andi” şirkətinin təsisçisi, Azərbaycan əsilli 32 yaşlı Anar Hüseynovun 31 nəfərin ölümündə ittiham edilir.


Fürsətcil və hər hadisədən öz xeyrlərinə istifadə etməyə çalışan bu gerizəkalı toplum bu hadisəni də eyni səpgidə gündəmə gətirməyə çalışırlar. Hazırda erməni mediası 32 yaşlı Anar Hüseynovu bu hadisəni qəsdən etdiyini, buna səbəb isə “ruslara olan nifrəti” səbəb olduğunu yaymaqdadırlar. Rusiya mətbuatının yazdığına görə, yeraltı məhsullar (qanunsuz istehsal sahəsi)Rusiya mağazalarında naməlum şəkildə peyda olub. Qanunla bunun adı möhtəkirlik və natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etdikləri təhlükəli ticarət hadisəsidir. Anarın bu sahədə bilgisi olmamış deyil, amma belə bir hadisə olacağını hesablamamışdır. Yəni hadisənin kökündə terror, qəsdən adam öldürmək və ziyan vermək kimi bir amac olmayıb. Anar Hüseynov uzun illərdir Rusiyada yaşadığına, hətta burada dünyaya göz açdığına, üstəlik burada iş adamı olaraq çalışdığına görə təbii ki, onun bütün bu hadisəni qəsdən etmədiyi Rusiya ictimaiyyətinə bəllidir. Məsələnin kökündə qeyd etdiyimiz kimi tamah məqsədi var, amma terror və ya qəsd olduğunu heç ruslar da dilinə gətirmir.


Ən xırda hadisələri divident hesab edərək Azərbaycanın əleyhinə təbliğ etməkdə xüsusi bacarıq qazanan etmənilərə xatırlatmaq lazımdır ki, terror və qəsdən toplu insan həyatını məhv etmək erməni xislətinə məxsusdur.
Tarixdə ilk dəfə olaraq yeraltı nəqliyyatda terror aktı Moskva metrosunun "İzmaylovo” və "Pervomayskaya” açıq stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Əldəqayırma bombaya armatur qırıqları və müxtəlif dəmir əşyalar doldurulmuşdu. Hadisəni törətməkdə təqsirli bilinən 3 erməni terrorçu - Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur. Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.


Daha sonra Rusiyadakı erməni əsilli seri qatillərin öldürdüyü rusları kimin ayağına yazaq. Təkcə manyak –qatil Vladimir İonesyan 5, Valeri Hasratyan 2 və Rusiya vəndaşını qəsdən və işgəncə ilə öldürüb. Digər terrorçu ermənilərin Rusiyada nələr etdiyini isə əlavə bir məqalədə qeyd edəcəyəm.

Qeyd edək ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.

 Əntiqə Rəşid