Erkən nigaha qarşı ictimai kampaniyanın təşkil olunacaq
“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü-cü il tarixindən “ Erkən nigaha qarşı ictimai kampaniyanın təşkili!” layihəsinin icrasına başlayır.
Bu barədə ictimai birliyin mətbuat xidmətindən bildirilib. Layihənin əsas məqsədi regionlarda ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Layihənin 3 ay müddətində Sumqayıt şəhəri,Biləsuvar,Lənkəran,Masallı, Cəllabad rayonlarında keçirilməsi planlaşdırılır. İlk tədbir iyul ayının sonu Biləsuvar rayonunda təşkil ediləcək.
Digər Xəbərlər
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32


Bakı -°C

