adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2019 11:23
25004
SİYASƏT

Ərdoğanın Maduronu dəstəkləməsi doğrudurmu? - SORĞU


Bildiyiniz kimi, Venesuelada gərgin anlar yaşanır.Xalq ayağa qalxıb və hazırki prezident Maduronu devirmək istəyir. Maduro isədeyib ki, məni xalq seçib və heç yerə getmirəm. O,ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirərək bu ölkə diplomatlarına ölkənitərk etmək üçün 72 saat vaxt verib. Lakin müxalif Xuan Quaydo dərhal bəyanat yayaraq heçbir dövlətlə diplomatik əlaqələri kəsmədiklərini və bu barədə hər hansı qərarınqanunsuz olduğunu açıqlayıb.Polis Maduronun tərəfindədir vənümayişçilərə güc edir. Ordu hələ ki reaksiya verməyib və neytraldır. Lakin bir general bəyanatla çıxış edərəkMaduronu diktator adlandırıb və ölkədə kommunist rejimi qurulmasına imkan verməyəcəklərinibəyan edib.

Xuan Quaydo ABŞ və Amerika Dövlətləri Təşkilatı (34 ölkə)tərəfindən qanuni dövlət başçısı kimi tanınıb. Qərb yarımkürəsində yalnız 4 ölkəMaduronu dəstəkləyir: Meksika, Boliviya, Kuba və Nikaraqua. Fransa prezidentiMakron Avropa Birliyinin mövqeyini müəyyən etmək üçün digər üzv ölkələrlə məsləhətləşmələrəbaşlayıb.

Maduroya ən yaxın dəstəyi Türkiyə verib. Prezident Ərdoğan Maduroyatelefon açaraq "Türkiyə və türk xalqı sənin yanındadır" deyib.

Adalet.az məsələ ilə bağlı sorğu keçirib. Cavablarıtəqdim edirik.


Ümid partiyasının sədri İqbal Ağazadə Ərdoğanın məsələyə Türkiyə ampluasından baxdığını bildirib:

"Venesuelada xalqın ayaqlanması və növbəti mərhələdə Maduronun hakimiyyəti zəbt etməsinə qarşı mübarizə aparması demokratik dünyanın yeni mərhələyə keçməsinin başlanğıcıdır. Və hesab edirəm ki, buna qarşı getmək xalqın iradəsinə qarşı getməkdir. Yaxud da bir növ demokratiyadan imtina etmək deməkdir. Təəssüf edirəm ki, Ərdoğan Maduro kimi diktatoru müdafiə edir. O Türkiyəni bununla da zərbə altına atmış olur. Ərdoğan məsələyə Türkiyə ampluasından baxıb. Və buna görə də hesab edirəm ki, yanlışdır. Hər kəs Maduro və Maduro tiplilərə qarşı olmalıdır ki, demokratikləşmə prosesi dünyada sürətli getsin. Nə qədər demokratik ölkə olsa, dünyada da problemlər az olacaq”.


Politoloq Şahin Cəfərli hesab edir ki, həttaAtatürk Qurtuluş savaşında bu qədər dəstək almamışdı:

 

"Sağçı-solçu, laik-islamçı, CHP-li - AKP-li,türk-kürd, ələvi-sünni, bir sözlə, daxildə heç bir məsələ ilə bağlı anlaşa bilməyən,fikirləri uyğun gəlməyən nə qədər antaqonist tərəf varsa, hamısı Maduro məsələsindəyek vücud olub. (Təbii ki, kiçik istisnalar var.) Hətta Atatürk Qurtuluşsavaşında toplumdan bu qədər dəstək almamışdı.

"Amerikaqatığa ağ dedisə, deməli, həqiqət qatığın qara olmasıdır." Məntiq budur.Meydanlara çıxıb öz iradəsini sərgiləyən milyonların rəyi isə önəmsizdir. Ərdoğanınuğurlarının sirlərindən biri də əslində burada gizlənir. Demokratik dəyərlərəbağlı olmayan bir toplum və sistem var idi, ordu əslində demokratiyanı deyil,sadəcə laik sistemi qoruyurdu”.

Jurnalist Vüsal Məmmədov fikrini konkret ifadəetdi:


"Yəqin, qlobalimperializmə qarşı mübarizənin tərkib hissəsidir”.

Politoloq Natiq MiriƏrdoğanınVenesuela prezidentinə dəstək verməsini doğru hesab edib: 


"Açığı, Türkiyənin prezidenti Ərdoğanın dəstəyitamamilə beynəlxalq hüquqa uyğundur. Çünki bilirsiniz ki, Venesuela prezidentiMaduro prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən qalib olub vəKonustitusiya məhkəməsi də bunu təsdiqləyib. Belə olduğu təqdirdə, Maduro tamlegitim prezident olaraq fəaliyyətə başlayıb. Birdən-birə hansısa separat bir şəxsin– doğrudur, bu sıradan bir şəxs də deyil, qanunverici orqanın sədri Xuan Quaydodur– çıxıb özünü ölkənin prezidenti elan edir və Amerika da dərhal bu şəxsi ölkəninmüvəqqəti prezidenti olaraq tanıyır. Açığı, ABŞA-ın bu cür davranışı bir müstəqilölkənin daxili işlərinə kobud müdaxilədir. Və bu da beynəlxalq hüquqa görə qətiyyənqəbul olunacaq davranış deyil. Ərdoğan da dolayısıyla Maduroya dəstək verməkləbilavasitə beynəlxalq hüququn gərəyi olan addımı atdı. Bir şeyi diqqətinizəçatdırmaq istəyirəm. Amerika dövlətinin bu cür kobud müdaxiləsi təkcə Venesuelailə məhdudlaşacaq hadisə deyil. ABŞ bununla bir çox dünya dövlətlərinə, xüsusilədə ABŞ-na qarşı olan ölkələrə göz daşı vermək istəyir. Onlar deyir ki, bizimlərazılaşmayan istənilən bir ölkədə hakimiyyəti asanlıqla dəyişə və istədiyimiz şəxsiölkənin başına gətirə bilərik. Belə bir olay Türkiyədə də baş verdi. MəhzABŞ-ın dəstəyi ilə Türkiyədə hakimiyyət çevirilişinə cəhd olundu. PrezidentƏrdoğanın xalqı küçələrə çağırmağı və xalqın ciddi dirənişi nəticəsində buçevrilişin qarşısı alındı. Ona görə də düşünürəm ki, Ərdoğanın bu addımı ciddibir addımdır, cəsarətli addımdır”.

Tarix üzrə fəlsəfə doktoru, jurnalist Cavid İsmayıl Ərdoğanın buaddımının səhv olduğunu açıqlayıb:

 

"Türkiyənin Maduronu dəstəkləmək qərarını, yumşaqdesək, tələskənlik, sərt desək, yanlışlıq sayıram. Çünki qardaş ölkəmizin beynəlxalqməsələlərə münasibətdə siyasətində heç vaxt insan faktoru dayanmayan Rusiya iləeyni mövqeyi bölüşməsi ürəkaçan deyil. Sirr deyil ki, Azərbaycanda baş verən hərbir hadisəni anti-Rusiya prizmasından qiymətləndirirlər, Türkiyədə isəanti-Amerika. Yəni "Rusiya qatığa ağ deyirsə, deməli, qaradır” və ya "ABŞ qatığaağ deyirsə, deməli, qaradır” prinsipi ortadadır. Görünür, Maduronu dəstəkləməkqərarı da bu prinsiplə verilib. Bir şeyi qəbul etmək lazımdır ki, insan hüquq vəazadlıqları artıq heç bir ölkənin daxili işi deyil.

Uqo Çavesdənsonra Venesuela xalqının ikinci dəliyə ehtiyacı yox idi. Amma Maduro həyasızlıqlaprezident "seçilib", Çavesə rəhmət oxutdurmağa başladı. Necə ola bilərki, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin Venesuelada insanlar səfalətiçində yaşayır? Və niyə yaşamalıdır? Ölkədə inflyasiya dördnala çapırsa, əhaliiş tapmaq üçün qonşu ölkələrə mühacirət edirsə, bunun məsuliyyəti Maduro vəonun komandasının üzərindədir.

Diktatorluqbir xəstəlikdir. Ağlı başında olan, psixoloji problemləri olmayan normal adamheç vaxt diktator ola bilməz. Necə olur ki, xalqdan oğurladıqları pulları böyükdövlətlərin banklarında saxlaya bilirlər, amma vaxtı çatanda onların məsləhətiilə hakimiyyətdən getmək istəmirlər? Bu gün Qərb ölkələrində yüksək rifah təkcəhökumətlərin ağıllı siyasəti nəticəsində deyil, həm də ağılsız diktatorların özxalqlarından oğurladığı milyardları onların banklarında yerləşdirməsi sayəsindəqurulub. Siz indiyə qədər hansısa diktatorun xalqdan oğurladığı pullarınsonradan tam həcmdə həmin xalqa, dövlətə qaytarıldığını gördünüzmü heç?

Hər birdiktatorun qələminin beynəlxalq güclər tərəfindən qırıldığı bir gün, əlbəttəki, vardır. Görünən odur ki, Maduro ilə bağlı o gün artıq gəlib çatıb. Tanrıonun ağlını axıra qədər almayıbsa, o da Bəşər Əsəd kimi sona qədər dirəşibgünahsız qanlar axıdılmasına və ölkəsinin xarabazara çevrilməsinə yol verməməli,üzüsulu hakimiyyətdən çəkilməlidir”.