Ərdoğandan ABŞ-a cavab: “Geriyə addım atmayacağıq”
ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın "S-400” zenit-raket komplekslərinin tədarükü məsələsində geri addım atmaq fikrində deyil.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Haberturk” telekanalına müsahibəsində deyib.
"Biz bu məsələni ("S-400”lərin alışını) bitirmişik. Geri addım atmaq barədə söz ola bilməz. Rusiya bu ilin iyulunda zenit-raket komplekslərinin tədarükünə başlayacaq”, – deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Ankara "Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın təklifini nəzərdən keçirməyə hazırdır. Lakin birgə istehsal, texnologiyanın paylaşılması və həmin sistemlərin qiyməti ilə əlaqədar bir neçə vacib kriteriya var. Ərdoğanın fikrincə, bu kriteriyalar üzrə Rusiyanın yanaşması çox pozitiv olub.(azvision.az)