Ərdoğan yeni müjdəli xəbərlərdən danışdı: “Fərqli bir potensial əldə etmiş olacağıq”
“Gündə 100 min barel neft hasil edəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan A Haber-in canlı yayımında enerji sahəsində atılan addımlar barədə danışarkən deyib.
Ərdoğan neft və təbii qazla bağlı ümidverici mənzərədən və yataqların tapılması istiqamətində aparılan işlərdən bəhs edib. “Yaxşı ehtiyat mənbələri tapsaq, həm Orduda, həm də Rizədə çox fərqli bir potensial əldə etmiş olacağıq”, - deyə Türkiyə prezidenti qeyd edib.
Ərdoğan digər tərəfdən enerji sahəsində müxtəlif variantların olduğuna diqqət çəkib. “Ehtiyat mənbələri vacib əhəmiyyət kəsb edir. Ordu və Rize məsələmiz var. Birində neft, birində təbii qaz var. Yaxşı ehtiyat mənbələri tapsaq, çox fərqli potensial əldə edəcəyik. İlk 1 ayı ödənişsiz etdik. 1 il ərzində 25 kubmetri pulsuz verəcəyik. Bunun Prezidentin hədiyyəsi olduğunu qeyd ediblər. Qara Dənizin qərb bölgəsindəki axtarışlarımızı Mərkəzi və Şərqi Qara dəniz bölgələrinə istiqamətləndirdik. Ordu və Kastamonuda axtarışlarımız davam edir. Ən böyük kəşfimizi Şəhid Aybüke Yalçında etdik. Gündə 100 min barel neft hasil edəcəyik. Hazırda bu rəqəm 20 min bareldir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04
“Bu, təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb etmir” - Paşinyan
17 Sentyabr 2026 18:00


Bakı -°C

