Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermirik"

"Heç kimdən icazə almadığımız kimi, heç kim qarşısında da hesab vermərik".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında söyləyib.
Türkiyə lideri deyib: “Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik. Ölkəmizin sərhədlərini 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarımız yaşadığımız hər hadisə ilə daha da güclənir”.
“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - dövlət başçısı bildirib.
Digər Xəbərlər

Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

Suriyadakı ABŞ diplomatları işdən çıxarıldı

Özbəkistan Avrasiya İnkişaf Bankına qoşulur

Paşinyandan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə MÜNASİBƏT

Gürcüstanda “SOCAR”ın avtomobilinə silahlı hücum - Bir nəfər saxlanıldı

Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək – Hərbi ekspert

Kalın Suriyada Əl Şaraa ilə görüşüb
