adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Aprel 2020 09:14
12732
DÜNYA

Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun isstefasını qəbul etməyib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin Rabitə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, nazir istefa barədə ərizəni ölkə başçısına təqdim edib, lakin Prezident bu tələbi rədd edib: "Daxili işlər nazirinin istefası qəbul edilməyib, o, vəzifələrini icra etməyə davam edəcək".

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində istefa verdiyi barədə öz "Twitter" səhifəsində yazmışdı.