adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 10:30
90
DÜNYA
A- A+

"Epşteyn sağdır" - Mask

"Ceffri Epşteyn hələ də sağdır".

Adalet.az xəbər verir ki, amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.

"O, mütləq sağdır... Buna şübhə yoxdur", - deyə o, bildirib. 

Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.

Qeyd edək ki,  amerikalı iş adamı Ceffri Epşteyn pedofillik, cinsi istismar və insan alverində ittiham olunaraq həbs edilib. O, 2019-cu ildə saxlanıldığı kamerada ölü tapılıb.