“Humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir”
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə İran İslam Respublikasının xalqına göstərilən humanitar yardım təşəbbüsü mürəkkəb və həssas bir dövrdə həyata keçirilən mühüm və uzaqgörən addımdır. Müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından bu cür yardımlar xüsusi əhəmiyyət kəsb edir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir:
“Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir.Azərbaycanın bu addımı bir daha göstərir ki, ölkəmiz regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, eyni zamanda humanitar sahədə də məsuliyyətli və etibarlı tərəfdaşdır. Bu cür təşəbbüslər dövlətimizin sülhə, sabitliyə və insan həyatının qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq humanitar missiyalara verdiyi töhfələrin davamlı xarakter daşıdığını da bir daha təsdiqləyir. Eyni zamanda bu yardım iki xalq arasında mövcud olan tarixi, mədəni və insani bağların daha da möhkəmlənməsinə xidmət edir. Çətin günlərdə göstərilən dəstək xalqlar arasında qarşılıqlı etimadı artırır və gələcək əməkdaşlıq üçün sağlam zəmin yaradır. Düşünürəm ki, humanitar yardımların əsas mahiyyəti məhz belə məqamlarda özünü göstərir - insan həyatının, sağlamlığının və rifahının qorunması hər zaman prioritet olmalıdır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq, regionda humanitar həmrəyliyin güclənməsinə töhfə verməyə davam edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Aprel 2026 13:18
"Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşlardan biridir..."
06 Aprel 2026 12:22
İlham Əliyevin Mixeil Kavelaşvili ilə təkbətək görüşü oldu - FOTOLAR - YENİLƏNİB
06 Aprel 2026 12:08
Kavelaşvili İlham Əliyevin səfəri ilə bağlı paylaşım edildi
06 Aprel 2026 11:56
XİN-də çalışmaq istəyənlərin NƏZƏRİNƏ: müsabiqə elan edildi
06 Aprel 2026 11:16
“Yeni inkişaf mərhələsində Türk Dövlətləri Təşkilatının qarşısında...” - Azər Məmmədov
06 Aprel 2026 11:09
“Rusiya Ermənistanda 102-ci hərbi bazadan seçki prosesinə...”
06 Aprel 2026 11:07
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi oldu - VİDEO
06 Aprel 2026 10:52


Bakı -°C

