Əntiqə Rəşidin adı birinci olmalıydı... - İlham Novruzov yazır

Bu gün FB səhifəsində bir məlumatla qarşılaşdım. Natavan Həbibi Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Təəccüb icərisində maraqlı gəldi mənə. Əcaba bu xanım nə edib ki.... Yutubu ""vərəqlqdim"" ki, bəlkə bu xanım böyuk əsərlər, zadlar yaradıb bəlkə Ordumuz haqqında, qarşıma hec nə cıxmadı. Bəlkə də, nəsə bir mahnı oxuyub, bilmirəm.
MN - yi, nə olardı ki, bir az ədalətnən, doğruluqla, hadisələrə obyektiv yanaşmayla baxaydılar kaşki..... Əgər baxsaydılar, 44 günlük müharibə dövründə, körpə balasını, xəstə Anasını, Qazi yoldaşını evində tək qoyaraq, Müzəffər Ordumuzun ardınca cəbhəyə Azərbaycan mediyadindan tək qadın jurnalist olaraq, el dilində desək, qarabaqara izləyən, Ordumuzun əvəzsiz, 30 illik ağrı - acılardan sonra həsrətlə gözlədiyimiz xəbərlərlə ürəklərimizə ""su səpən,"" qələbələrlə dolu yolları işıqlandıran, ən azı bir gündən bir xəbərləri oxucular ordusuna catdiran
ƏNTİQƏ RƏŞİD
imzalı dişi Aslan xanımımızı da görməli idilər. Bir oxucu, bir vətəndaş olaraq, məncə təltif olunanlar sıradında Əntiqə Rəşid xanımın adı birinci olmalıydı. Hansı ki, hec yada da düşməyib.
Maraqlıdır, bu təltif olunmalar, hansı kofisentlətlə olur ? Əcaba, evdə oturub təltif olunmaq, yoxsa, vətəninə, torpağına, dövlətinə, bayrağina, himninə bağlı olub, onu max səviyyədə sevərək, ac susuz, soyuqlara tab gətirməklə, qorxulu cəbhə yollarında əziyyətlərə sinə gərməklə erkək işləri görüb, hec yada salınmamaq kişilikdən, ədalətdəndirmi?
Əntiqə xanımın FB səhifəsinə girib, onun məhəbbətlə yoğrulmuş məqalələrini oxuya bilərsiniz.
Sizlər deyin dostlar, oxucular...doğrular hansı tərəfdədir???