04 Avqust 2016 15:18
11919
DÜNYA

Ən varlı müsəlmanlar bu ölkələrdə yaşayır - SİYAHI

Dünyanın ən zəngin ölkələri deyəndə çoxlarının ilk ağlına glənneft hasil edən dövlətlər olur. Ancaq bu sizdə elə bir təəssürat yaratmasın ki,ən varlı müsəlman ölkələri ilə bağlı təqdim edəcəyimiz siyahı çəlləyi elə neftçıxaran ölkələrlə doludur. Adalet.az dünyanın zəngin müsəlman dövlətlərininsiyahsını təqdim edir:

Fars körfəzi ölkələri 1,7 milyonəhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir.

Reytinq cədvəlinin 10-cu sırasında həmt neft həm dəqeyri neft sektorun ilə büdcəsinəq azanc gətirmiş Malayziya respublikasıdır. Beləki, burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 15 min 589 dollar təşkiledib. Kənd təsərrüfatı məhsulları və neft üzrə əsas ixracatçı ölkə hesab olunanMalayziya, həmçinin ən böyük kauçuk və palma yağı istehsalçısıdır. Turizm ölkəninüçüncü ən böyük gəlir sahəsidir.

Liviya Bu siyahının doqquzuncusudur. 2011-ciildə adambaşına düşən ÜDM-in miqdarı 14 min 100 dollar olub. Dünya neftehtiyatının 1/10-na sahib olan ölkə dünyada neft istehsalı üzrə 17-ci yerdədir.

Türkiyə Dünyanın ən zəngin müsəlman ölkələrisiyahısında Türkiyə səkkizincidir. Dünya ölkələri sırasında isə Türkiyə 62-ciyerdə qərarlaşıb. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in həcmi 16 min 885dollar təşkil edib. Ölkədə iqtisadiyyatın ən mühüm sahəsi hesab edilən turizmolduqca fəal inkişaf edib. Türkiyə iqtisadiyyatının digər aparıcı sahələritikinti, neft emalı, neft kimyası və maşınqayırmadır. Türkiyə gəmiqayırma üzrədünyanın lider ölkələrindəndir və sifariş verilən gəmilərin sayına görə Çin,Yaponiya və Cənubi Koreyadan sonra dördüncü yerdədir.

Bəhreyn Dünyanın ən zəngin yeddinci müsəlmanölkəsi. 2011-ci ildə adambaşına düşən ÜDM-inhəcmi 23 min 690 dollar olub. Neft bu ölkənin ən çox ixrac etdiyi məhsuldur.

Səudiyyə Ərəbistanı Siyahının altıncısıdır. 2011-ci ildəadambaşna düşən ÜDM-in miqdarı 24 min 434 dollar olub. Qeyd edək ki, Ərəbistandünyada neft ehtiyatlarına görə ikinci yeri tutur. Belə ki, "qara qızıl” ölkə ixracatının95%-ni, dövlət gəlirinin isə 70%-ni təşkil edir. Burada, həmçinin qazehtiyatları da var ki, bu sərvətinə görə Səudiyyə Ərəbistanı dünyada altıncıyerdədir.

Oman Dünyanın ən zəngin beşinci ölkəsi. Burada 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı 28min 880 dollar təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,5 milyardbareldir.

Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) Siyahıda dördüncü olan BƏƏ-nin gəlir mənbəyiölkənin təbii sərvəti olan neft və qazdandır. Bu sahədən gələn gəlir ÜDM-in 25%-nitəşkil edir ki, bunun nəticəsində 2011-ci ildə adambaşına düşən ÜDM-in miqdarı48 min 222 min olub. Ölkənin, xüsusilə də paytaxt Abu-Dabinin iqtisadiyyatındaneft və təbii qaz ixracatı mühüm rol oynayır.

Bruney Dünyada üçüncü ən zəngin müsəlman ölkəsidir.Burada 2011-ci ildə adambaşına düşənÜDM-in həcmi 50 min 506 dollar təşkil edib. Ölkənin zənginliyi nəhəng təbii qazvə neft yataqları sayəsindədir. Ölkə iqtisadiyyatı son 80 il ərzində neft vəqaz sənayesi sayəsində daha da inkişaf edib.

Küveyt 3,5 milyon əhalisi olan ölkə bu siyahıda ikinci yeritutur. 2011-ci il üçün adambaşına düşən ÜDM-in miqdarı 54 min 654 dollar olub.Küveytdə 104 milyon barel təmizlənməmiş (xam – red.) neft var ki, bu da dünyaehtiyatının 10%-ni təşkil edir. 2020-ci ilədək ölkədə neft hasilatının 4 milyonbarelə çatacağı gözlənilir. Digər mühüm iqtisadi sahələr gəmiçilik, tikinti vəmaliyyə xidmətidir.

Qətər Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ənzəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşənorta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyitəbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadanartmasıdır.

Bildirək ki, futbolüzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilinOlimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.

Siyahıya düşməyən digər müsəlman ölkələrindən İranİslam Respublikası( 12500 dollar), İraq (82150) da ÜDM-lərinə görəfərqlənən ölkələrdir.

Azərbaycan reytinq sıralamasında 64-cü yeri tutub. Ölkəmizdə adambaşınadüşən ÜDM 18,913 min dollara bərabərdir.

Qeyd edək ki, siyahı Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondununməlumatları əsasında tərtib edilib. Nəşr reytinqi tərtib edərkən nisbi yaşayışdəyəri və inflyasiya səviyyəsinin nəzərə alındığı ölkələrdə adambaşına düşənalıcılıq qabiliyyəti paritetini əsas tutub.

Rüfət Soltan