İsrail bütün Qəzzanı nəzarətə götürəcək

İsrail Qəzza sektorunun bütün ərazisi üzərində nəzarəti ələ almaq niyyətindədir.
Adalet.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bunu Qəzza sektorunda bir gün öncə başlayan genişmiqyaslı “Gideonun arabaları” əməliyyatının gedişini şərh edərkən deyib. Onun sözlərinə görə, əməliyyatın məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyətə uğradılması və Qəzzada saxlanılan israilli əsirlərin azad edilməsi.
Qəzza sektorunda gələcək fəaliyyət planları ilə bağlı sualı cavablandıran Baş nazir İsrail ordusunun hazırda orada “böyük, intensiv və güclü fəaliyyət” göstərdiyini bildirib. “Biz sektorun bütün ərazisinə nəzarəti ələ keçirmək niyyətindəyik və bunu edəcəyik”, - deyə Benyamin Netanyahu bildirib.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu Qəzza sektorunun şimal və cənub bölgələrində “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatına başlayıb. SAXAL-dan verilən məlumata görə, hərbi əməliyyatlara beş diviziya cəlb olunub.
Digər Xəbərlər
jpg-1747737682.jpg)
Ermənistanın Putinə dəyişkən münasibəti: Lavrov İrəvanda

Aİ Suriyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edir

Belçika Ukraynaya qoşun yeritməyə hazırdır

Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu
jpg-1747722668.jpg)
Hadrutdan olan mayor Vitali Qasumyanın Ukraynadakı son aqibəti

Putinlə Tramp nədən danışıblar - Peskov açıqladı

Trampla Putinin 2 saatdan çox telefon danışığı bitdi - YENİLƏNİB
