Ən bahalı futbolçuların adları açıqlandı - SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.
Siyahının ilk pilləsində “Mançester Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb. 23 yaşlı norveçlinin transfer qiyməti 245,1 milyon avro göstərilib.
“Real”ın və Braziliya yığmasının vingeri Vinisius Junior (196,3 milyon avro) ikinci, “Arsenal”ın və İngiltərə millisinin hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.
İlk “10-luq”da Dortmund “Borussiya”sından Cud Bellinqem (190,2), “Real”dan Rodriqo (184,5), “Barselona”dan Pedri (178) və Qavi (174,1), “Bavariya”dan Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var.
Digər Xəbərlər
02 Oktyabr 2026 23:11
"Fənərbağça"dan qardaşlıq PAYLAŞIMI - FOTO
02 Oktyabr 2026 21:45
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 20:21
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
02 Oktyabr 2026 19:22
"Fənərbağça" Bakıda - FOTOLAR
02 Oktyabr 2026 17:31
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 12:07
Millətlər Liqası: Fransa İtaliyaya qarşı
02 Oktyabr 2026 11:54
Portuqaliyaya qol vurdu, Ronaldo kimi sevindi - VİDEO
02 Oktyabr 2026 10:14


Bakı -°C

