adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 18:41
61
ELM VƏ TƏHSİL
A- A+

Emin Əmrullayev Xankəndidə vətəndaş qəbulu keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə biləcəklər.

Adıçəkilən şəhər və rayonların sakinləri avqustun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatlarında) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi internet saytının əlaqə bölməsi vasitəsilə elektron qaydada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" üzərindən göndərmək mümkündür.

Nazirlikdən bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.