Ceyhun Bayramov yeni səfirlə görüşdü
Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirklə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a verilən məlumata görə, səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Estoniyanın Azərbaycanda səfirlik təsis edilməsi barədə qərarı məmnunluqla qarşılanaraq, bu addımın ikitərəfli münasibətlərin daha da inkişafına, siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər. Həmçinin təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfir Tiina Nirk ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirərək, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
03 Avqust 2026 19:15
Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO
03 Avqust 2026 16:27
XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
03 Avqust 2026 13:53
Prezident Fələstin Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokolu təsdiqlədi
03 Avqust 2026 12:43
Rəsmi Bakı Pakistana başsağlığı verdi
03 Avqust 2026 12:08
Prezident “Yeni Səngəçal” yarımstansiyasının açılışı etdi - FOTOLAR
03 Avqust 2026 10:58
ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlayacaq – Politoloq
03 Avqust 2026 10:30
“Pekinin qərarı qətidir, Tayvan Çinə aiddir...” – Politoloq
02 Avqust 2026 10:46


Bakı -°C

