adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyul 2015 19:44
7796
GÜNDƏM

Əməkdar jurnalist adınız mübarək

Prezident İlham Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir sıra jurnalistlər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay (İbrahimova) da var. İradə Tuncay Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb. 

"Ədalət" qəzetinin kollektivi olaraq İradə Tuncayı təbrik edirik. Baş redaktora bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.