adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 12:44
58
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Onun 10 manatı mənim 100 manatımdan bərəkətlidir”

Əməkdar  artist  Elnarə  Abdullayeva  şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, o,ilk dəfə  həyat yoldaşının hansı işlə məşğul olduğundan danışıb:

“Bunu hər kəs bilir ki, müğənninin qazancı digər peşə sahiblərindən daha çoxdur. Ancaq onun 10 manatı mənim 100 manatımdan bərəkətlidir.  Heç vaxt pərakəndə yaşamadıq. Hər şeyi ölçü ilə, nizamla etdik. Əvvəllər ticarətlə məğul idi. Kostyumlar satırdı. İndi isə özünün şəxsi biznesi var. İnsan bu həyatda nə istədiyini bilməlidir. Onunla mübahisə etdiyim vaxtlar da olur.  Ancaq bu mübahisələr  müsbət xarakter daşıyır.  O, həmişə mənə deyir ki, özünə zaman ayır, dincəl. Ancaq mən daim hərəkətdə olmağı, çalışmağı, qurub- yaratmağı sevirəm”.

Əntiqə