Əməkdar artist: “İnsan ömrü qısadır, adamın bu gündən sabaha etibarı yoxdur”
Xəbər verdiyimiz kimi Əməkdar artist, xanəndə Zakir Əliyev haqda “Xalqla doğmalaşan səs” adlı kitab işıq üzü görüb.
Məsələylə bağlı Adalet.az-a danışan xanəndə kitabda onun həyat və yaradıcılığından bəhs edildiyini bildirib:
“Haqqımda çap olunan kitabın müəllifi Əhsən Rəhmanlıdır. O, bizim yaşlı alimimizdir. Kitabda həyat və yaradıcılığımdan bəhs olunur. Sənət adamlarının və adi insanların həm də haqqımda fikirləri toplanıb. Çoxdan idi ki, haqqımda kitab çap etməyi düşünürdüm. İnsan ömrü qısadır, adamın bu gündən sabaha etibarı yoxdur. Ona görə istəyirdim ki, bunu edim. Kitabda babalarım, nənələrim, valideynlərim haqqında məlumatlar yer alıb. Bütün bu hadisələr tarixləşdi. Kitabı 300 tirajla çıxardıq və yaxın dostlara hədiyyə edirik. Satışda deyil və elə maraqlanan insanlara kitabı özüm verirəm. Bu kitabla hardasa elə bilirəm ki, hesabat verə bildim”-deyə xanəndə bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36
“Ədəbiyyatımızda da qadına hörmət və mərhəmət motivləri geniş yayılıb...”
12 Dekabr 2025 19:18


Bakı -°C

