adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyun 2020 11:06
76177
MƏDƏNİYYƏT

Əlvida doğma insan, əziz müəllimim

Gəncənin al şəfəqli səhərini çox üzücübir xəbərlə açdım. Mənim üçün hər zaman əziz və doğma olan insanı, həm də müəllimimolan bir şəxsiyyəti itirdim. Bu itginin acısı ilə barışmaq çox çətindir. İnsanhəyatında müstəsna yeri olan şəxslərin itirilməsi hər zaman ağırdır. Illah daki, müəllimin ola və onunla bağlı xatirələrin demək olar ki, hər gün təzələnə.Məhz Azərbaycanın tanınmışyazıçı-dramaturqu, şair, tərcüməçisi, pedaqoq, ictimai xadimi,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin"Ədəbiyaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, filologiya elmləridoktoru,professor, II dərəcəli Dövlətmüşaviri, Azərbaycanın əməkdar jurnalisti və böyük hərflərlə yazılacaq birinsan, şəxsiyyət Aqşin Əlisəttar oğlu Babayev tək.

AqşinBabayevlə tanışlıq ailəvi səcərəmizlə bağlıdır. Belə ki, mərhum atam xalqartisti Məhəmməd Burcəliyevlə uzun illər çox yaxın dostluq telləri sonradan bumünasibətləri ailəvi dostluğa çevirə bilib. Onunla sonradakı görüşlərimiz dahatez-tez olurdu. Belə ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversitetində təhsil aldığım illərdə onunla hər gün görüşür, şirin, orjinalxatirələrlə dolu söz-söhbətlərindən doymazdım. Hətta çox maraqlı səs tonu biranlıq olsun belə fikirlərinin dağılmaması şərtilə diqqəti cəlb etməklə onaqulaq asmağa imkan verirdi. Bu gün belə bir doğma insanımı, müəllimimi itirdim.

Aqşin Əlisəttar oğlu Babayev. Bu ad çoxlarına tanışdır. O, 23 noyabr 1936-cı ildə Bakıda anadan olub.1959-cu ildə Azərbaycan Dövlət UniversitetininFilologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublikaradiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycanaverilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou News” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanınictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrindəyazılar dərc etdirib. Ü. Hacıbəyli, F. Əmirov, Q. Qarayev, Niyazi, T. Salahovkimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci iləqədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavinikimi fəaliyyət göstərib. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müaviniişləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycanayayımlanan proqramlarda səslənən "Körpü”dür. O, radioya rəhbərlik etdiyivaxtlar "Araz” radiostansiyasının verilişləri səhər erkən efirə çıxaraq, "Səhər”proqramı fəaliyyətə başlayıb. Televiziya və Radio Verilişlərinin Bədii Şurasınarəhbərlik etməklə mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədriolub. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb.Onun ilk rəhbəri də məhz Aqşin Babayev olub. O, bu vəzifədə 15 il çalışıb. Kütləviinformasiya vasitələri ilə sıx əlaqə yaradaraq Milli Məclisin nəşri olan "Qurtuluş”,"Tariximizin faciəli səhifələri: soyqırımı”, "Heydər Əliyev və Azərbaycanparlamenti”, "Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar”, "Müstəqil dövlətimizvə parlamentimiz” yazıları ilə tanına bilib. Parlament nümayəndə heyətlərinin tərkibindəFransaya və Səudiyyə Ərəbistanına səfərlərindən hazırladığı reportajlar, Türkiyəvə İsveçrədən yazdığı publisistik qeydləri maraqla qarşılanıb. 1991-2006-cı illərdəAzərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. AqşinBabayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları” almanaxında, 1964-cü ildəisə "Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar”, "Birparça həyat”, "Ağ ulduzlar”, "Bir ürəyin hərarəti”, "Səhnə, Ekran, Efir” adlıkitabların müəllifidir. "Kişilər az yaşadı” kitabı isə Moskvanın "Sovetskipisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Artıq 10 cilddənibarət "Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb. Onun dövri mətbuatdaişıq üzü görən və kitablarında toplanan oçerkləri, reportajları, məqalələriyüzlərlədir. Niyaziyə, Q. Qarayevə, M. İbrahimova, N. Hikmətə, Ə. Məmmədxanlıyadigər yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindənhər zaman maraqla qarşılanıb. Aqşin Babayev həm də maraqlı şair idi. Yeddincisinifdə oxuyanda "Bahar” adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib.Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildətamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar,Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib.Elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı”adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. Nazim Hikmətdən söz düşmüşkənqeyd etmək istərdim ki, Aqşin müəllimlə görüşüb bir dəfə bu haqda geniş müsahibəalmışdım. O zaman Nazim Hikmətlə bağlı xatirələrində deyirdi: "Təbiiolaraq o illərə nəzər salanda Türkiyə kəlməsi, Türkiyə sözünü eşidəndə, xüsusiolaraq, Moskvada oturanlar buna çox böyük qısqanclıqla yanaşırdılar. Ançaq ozamanlar Türkiyədə hekayələrim çap olunanda təəccüb edirdim ki, məni heç yerə çağırıbsorğu-sual etmirdilər. Sovet dövründən başlayaraq bizim Akademiyada Şərqşünaslıqİnstitutunda Türk Filologiyası şöbəsi, Moskvada Asiya Xalqları İnstitutundaTürk bölməsi fəaliyyət göstərirdi. Deyim ki, 1961-ci ildə Nazim Hikməti mövzuolaraq götürüb aspiranturaya daxil olanda heç kim mənim qarşıma səd qoymadı.Nazim Hikmət dramaturgiyasının tədqiqinə başladım. Ancaq Türkiyəyə işləməyə gedəndəSovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində qaydalara uyğun olaraqpartiya biletimi təhvil verəndə bir məmur dedi ki, bilirsiz, Nazim Hikmətkommunist olub. Türkiyəyə işləməyə gedirsiz. Orda olarkən Nazim Hikmətin adınıcəkmiyəsiz. Hətta bu mövzuda dissertasiya müdafiə etmənizi belə deməyəsiniz.Çünki türklər Nazim Hikməti sevmirlər. Ona "vətən xaini” deyirlər. Amma Türkiyəyəgələndə gördüm ki, heç də belə deyil. Əksinə, türklər Nazim Hikməti sevir və şeirlərini əzbər dəbilirlər. Nazim Hikmət onlar üçün əziz bir insandır. Ancaq elə kitab mağazalarıda vardı ki, şairin kitablarını soruşanda "Bizdə vətən xayinin kitabı satılamaz!”cavabını da alırdım. Ancaq bununla belə Türkiyədə işlədiyim 3 il ərzində çox azyerdə müşahidə etdim ki, Nazim Hikməti istəmirlər. Nazım Hikməti sevənlər sevməyənlərdənçox-çoxdur. Sonra da doktorluq işimi yekunlaşdırdım. Doktorluq dissertasiyamCümhuriyyətin 1923-cü ildən 1990-cı illərə qədərki dövrü, əbədiyyat mərhələsiniəhatə edirdi. O zaman müdafiə işləri ilə bağlı bir çox şəxslərə müraciətedirdim ki, mənə Nazim Hikmət haqqında bilmədiklərimi desinlər. Bax o zamansizin mərhum atanız, Azərbaycan səhnəsinin unudulmaz sənətkarı, xalq artisti MəhəmmədBurcəliyevə də müraciət etmişdim. Çünki 30-cu illərdə Türk dramaturqlarının əsərləriAzərbaycan səhnəsində oynanılmışdı. Amma Sovet dönəmində Türk dramaturgiyasınaaz müraciət olunurdu. Əsasən Nazim Hikmətin pyesləri oynanılırdı. 50-ci illərdəTürk dramaturgiyasının Azərbaycan səhnəsinə yenidən gətirilməsi atanız MəhəmmədBurcəliyevin adı ilə bağlıdır. Gəncə Dövlət Dram Teatrında onun rəhbərliyidövründə Nazim Hikmətin "Kəllə” pyesi səhnəyə qoyulub. Bununla da yenidən Azərbaycanteatrlarında Türk dramaturgiyasının yeni bir dövrü başlanılıb. 1957-ci ildəNazim Hikmət Gəncəyə gələrək "Kəllə” pyesinin tamaşasına baxıb və yaradıcıkollektivlə xatirə şəkili də çəkdirib. Bax bu günə qədər atanız Məhəmməd Burcəliyevinonunla bağlı olan xatirələrindən ibarət cavab məktubu mənim şəxsi arxivimdəsaxlanılır. Mən o gözəl diqqətçil insanı, böyük sənətkarı həmişə şükranlıqlayad edirəm”.



Onun "Türk ədəbiyyatı müntəxəbatı”,"Türk dramaturgiyası”, "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”,"Azərbaycan və türk dünyası” kitabları bu gün də dəyərli dərs vəsaitidir. O, həmçinin Türkiyədə Nazim Hikmət vəqfinin MəsləhətŞurasının fəxri üzvü idi. Aqşin Babayev 1967-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, yetirmələri "Azərbaycan”,"Zerkalo”, "Ayna” qəzetlərində, müxtəlif teleradio kanallarında çalışırdılar.O, 30-dan artıq xarici ölkə filmini doğma dilimizə tərcümə edərək "Azərbaycankino sənətində ədəbi əsərlərin təcəssümü” (A. Kazımzadə ilə birlikdə),"Kino...kino”, "Kino sənətinin təməl daşı” kitablarını sənətsevərlərə maraqla təqdimedib. İtalyan dramaturqu Terensinin "Qardaşlar”, türk dramaturqu Haldun Tanerin"Kemanlı Əli dastanı” pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə çevirib. Onunçoxşaxəli yaradıcılığı haqqında Mirzə İbrahimov, Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu,Həmid Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət xadimləri dəfələrlə dövrümətbuatlarda məqalələrlə çıxışlar edib, Aqşin Babayev yaradıcılığının məziyyətlərindənsöz açıblar.

Xatırlatmaqyerinə düşər ki, o, həmçinin Attestasiya Komissiyası Ekspert şurasının eləcə dəYazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvü olub. 35 bədiivə elmi kitabın müəllifi kimi böyük elmi yaradıcılıq irisini bizlərə yadigarqoyub. Aqşin Babayev 1970-ci ildə "Əmək rəşadətinəgörə” medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist” fəxri adına,2004-cü ildə isə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Aqşin Babayev həddən ziyadə vətəninə, doğma Azərbaycanımıza bağlı birinsan idi. Hətta bu amal və bağlılıq bütün həyatı boyu özünü göstərirdi. Mənfurqonşularımız olan ermənilərin hər zaman xain xislətindən danışar və bununlabarışmağını söyləyərdi. Yaxşı xatırlayıram 80-ci illərdə post sovet məkanınınerməni ideologiyasının tüğyan etdiyi bir zamanında MərkəziKomitənin sanksiyası olmadan radioda erməni verilişlərinin tamamailə bağlanmasıhaqqında qərar qəbul etdiyi üçün Mərkəzi Komitənin bürosundan partiya töhmətinidə elə Aqşin Babayev alıb.

Aqşin müəllimlə 24 oktyabr 2018-ci ildə olan görüşümü xatırlayıram. Fəvvarələrmeydanında görüşdük. Ömür-gün yoldaşı Müzəyyənxanım da onunla birlikdə idi. Çox xoşbəxt idi, üzündə qəribə bir təbəssümvardı. Ani olaraq söhbətə belə başaldı: "İki hiss keçirirəm. Bir fərəh, bir dəməyyusluq hissi. Fərəh hissi ona görə keçirirəm ki, tərif olmasın, yaxşı, təmizömür yaşamışam, çox gözəl ailəm var. Sədaqətli, vəfalı ömür dostum var. Həyatyoldaşım Müzəyyən xanım ən çətin anlarımın dayağı olub. Mənim həyat yoldaşım vəövladlarım arxa cəbhəmdir. Hansı kişinin ki, arxa cəbhəsi möhkəmdir ona zavalyoxdur – dedi. Sonra yeni nəşr olunan "Səhnə, Ekran, Efir” kitabına bu sözləriyazdı: "Qələm və ürək dostum Anar müəllimə, Aqşindən minnətdarlıqla.24.10.2018” ”.

2019-cuildə "Onun dünyası” adlı bir kiatbım nəşrə hazırlanırdı. Bu zaman yenə də Aqşinmüəllimə üz tutdum. Kitaba ön söz yazmasını xahiş etdim. Məmnunluqda məni dinlədi,qısa zamanda bu kitaba ön sözü yazaraq şairə, dramaturq Fəridə Əliyarbəylihaqıında xatirələrini və kitab haqqında fikirlərini bölüşdü. Aqşin müəllim buön sözdə yazırdı: "Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi olduğum Mədəniyyətvə İncəsənət Universitetində Məhəmməd müəllimin oğlu Anarla tanış oldum. Müəllim-tələbəmünasibətləri yaş fərqimizə baxmayaraq sonralar dostluğa çevrildi”.

Hələdə bu acı xəbərinizə heç cürə inana bilmirəm. Ölüm adlı bir xəbəri heç cürə Sizəyaraşdıra bilmirəm. Siz mənim həyatımda və ailəmiz üçün doğma insan olmaqla çoxmüstəsna bir şəxsiyyət idiniz. Sizin haqqınızda artıq bu cür danışmaq və yazmaqçox cətindir. Deyirlər hər kəsin bir qisməti var. Ancaq bu qisməti, bu acını hələyaşamalı deyildik. Siz Azərbaycan elmi və xüsusilə mədəniyyəti tarixi üçün hələ çox gərəkli idiniz. Əziz müəllimim. Haqqın dərgahınaüz tutmağa nə yaman tələsdiniz ki? Siz mənim üçün o qədər doğma idiniz ki...Sözlə ifadə edə bilmirəm. Çox üzgünəm və heç cürə belə qəfil ayrılığa inanabilmirəm. Çətin, lakin şərəfli səfəriniz mübarək olsun. Son mənziliniz daimaişıqlı və nurlu olsun. Son vida gününüzə gələ bilmədiyim üçün məni bağışlayın. Əzizmüəllimim, bir də ki, haqqınızı halal edin. Çünki Sizin zehni düşünçənizinnurundan mənə də pay düşüb. Bu ayrılıq hələ uzun illər məni göynədəcək və çoxzaman hər ötənlərdən Sizi soruşacam. Ruhunuz şad, məkanınız cənnət olsun. Amin.

Əlvida doğmainsan və əziz müəllimim!

AnarBurcəliyev

Teatrşünas