adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2014 11:06
4879
SİYASƏT

Elmar Məmmədyarov : “Moskva görüşü böyük imkanlar açacaq”

"AzərbaycanXəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsinin tərəfdarıdır”.


Adalet.az-ın məlumatına görə, bunuAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın xarici işlərnaziri Xose Manuel Qarsiya-Marqallo ilə birgə keçirdiyi mətbuat konfransındadeyib. O bildirib ki, Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri payızda Həştərxandakeçiriləcək sammitlə bağlı müzakirələr aparıblar və qarşıdakı aylarda İrandanazir müavinləri səviyyəsində görüş planlaşdırılır: "Əgər ekspertlər yekunsənəd ətrafında müzakirələri yekunlaşdıra bilməsələr, nazirlər səviyyəsində dəgörüş ola bilər. Moskva görüşü çox konstruktiv olub. Beş ölkə tam şəkildərazıdır ki, prosesdə irəliləyiş olsun. Müxtəlif məsələlər açıq şəkildə müzakirəolunub. Bu görüş Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri SergeyLavrov Xəzəryanı ölkələrin dənizin statusunun müəyyənləşdirilməsi məsələsindəciddi irəliləyiş əldə etdiklərini deyib.