adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2019 18:09
24255
ƏDƏBİYYAT

"ƏLİ NƏZMİ" ƏDƏBİ BİRLİYİNİN OTUZ ALTI YAŞI

Düz otuz altı il qabaq bu gündöyüş bölgəsi kimi tanınan Goranboy rayonun Mədəniyyət Şöbəsi nəzdində (indikiMədəniyyət Mərkəzi) "Əli Nəzmi"ədəbi birliyi fəaliyyətəbaşlamışdır. Keçən bu illər ərzində bir çox istedadlı müəlliflərin kitablarımüxtəlif nəşriyyatlar tərəfindən çapdan buraxılmışdır. Artıq birlikiştirakçılarının yeddi nəfəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Birliyə toplaşan şair və nasirlərin əsərləriyerli və respublika mətbuatında ardıcıl surətdə çap olunur.

Birliyin ilk yaradıcısı və rəhbərişair Ələsgər Əlioğludur.Neçə-neçə müəllifin ölkədə tanınmasında onun böyük əməyivardır.

Bu yaxınlarda birliyin növbəti ildönümü qeydolunmuşdur.Bu münasibətlə oxuculara birlik üzvlərindən bəzilərinin yaradıcılıqnümunələrini təqdim edirik.


MEHMAN ƏŞRƏF

BAYATILAR

Ay çıxıb gecə yarı,

Xeyli gözlədim yarı.

Ay batmamış gəlmədi,

Kim verdi ixtiyarı!?

Amandı qarlı dağım,

Göz dikib sənə bağrım.

Suyun əskik olmasın,

Quruyarqol-budağım.

Əzizimzaman keçdi,

Günkeçdi,yaman keçdi.

Vətənsizgünüm qara,

Günümah-aman keçdi.

Tonqalımyandı,söndü,

Dağımınüzü döndü.

Birharaya gələn yox,

Dağ-daşdil açdı,dindi.

Birqatar durna keçdi,

Düşdüdumana keçdi.

Xurmasıyox Bağdadın,

Görənha yana keçdi!?

Əzizizmvətən darda,

Səndemə,vətən darda.

Çəkilgörüm yolumdan,

Vətənharda.biz orda.

Günümah-aman keçər,

Çırmanarçaydan keçər.

Otayda vətən qalıb,

Günümah-vaydan keçər.

Amandıqarlı dağım,

Göztikib sənə bağım.

Suyunəskik oımasın,

Quruyarqol- budağım.

Əzizimqaş qaralar,

Günbatar, qaş qaralar.

Ömürdə bir günəşdir,

Üstündədaş qaralar.

Mənaşiq beləsinə,

Görmədimbelə sinə.

Sinəməmin dağ çəkdi,

Çal-çarpazbeləsinə.

Əzizimyarasına,

Toxunmayarasına.

Gəlsözünü üzə de,

Danışma qarasına.

Mən aşiq özgəsinə,

Sirr verdim özgəsinə.

Başım bəlalar çəkdi,

Görk oldu özgəsinə.

Bu qala Əlincədir,

Quyusu dərincədir.

Bir sevdaya düşmüşəm,

Mənimlə ölüncədir.


Taleh CƏFƏROĞLU

AND İÇMİŞƏM


Hazırlaş,igid əsgər,qalx ayağaey Vətən,

O şəhid balaların canına andiçirəm.

Qoymayaq şəhidlərin gecikməyəqisası,

Xocalının tökülən qanına andiçirəm.

Ancaq qisasla durar bu töküləngöz yaşı,

Ancaq qan yuya bilər butorpağı,bu daşı.

Körpəmi qətl edənin kəsilməyincəbaşı,

Girməyəcək qılıncım qınınq,andiçirəm.

Qayıdıb Qarabağım öz yurdunaköçməli,

Laçınımda qan tökən öz qanınıiçməli.

Kəbəmə gedən yolum Kəlbəcərdənkeçməli,

O Kəbənin,Məkkənin yoluna andiçirəm.

Ölsəm ağlama,oğlum,Bayrağımabük məni,

Yandır,külümü götür,Vətənimətök məni.

Talehəm,hər qarışda,hər addımdaək məni,

Canım Vətənə fəda,mən ona andiçirəm.


MÜŞVİQDAĞLAROĞLU

BAXIRAM DAĞLARA ÜRƏYIM YANIR


Orda sökülməyən danım qalıbdır,

Baxıram dağlara, ürəyim yanır.

Ruhumdan ayrılıb canım qalıbdı,

Baxıram dağlara, ürəyim yanır.

Quş olub sərhəddi keçə biləydim,

Yurduma-yuvama köçə biləydim.

Gedib bulağımdan içə biləydim,

Baxıram dağlara, ürəyim yanır.

Könlümün nisgili,qubarı çoxdur,

Dünyanən mənimlə arası yoxdur.

Dərdi uşaqlıqdan sinəmə oxdur,

Baxıram dağlara, ürəyim yanır.

Hanı Qoç Koroğlu,yerin bərkidə,

Düşməni bir anda yurddan hürküdə.

Müşvüqəm,aranda odlu-bürküdə,

Baxıram dağlara, ürəyim yanır.


İSGƏNDƏR FƏRHADOĞLU

ÜRƏYİMƏ MƏN ÇOX YAXŞI BƏLƏDƏM


Ürəyimə neçə arzu bələdim,

Ürəyimlə neçə arzu ələdim.

Ürəyimdən uçub pərvaz elədim,

Ürəyimin yuvasıyam, quşuyam.

Qələmimə varaqlar da gəlir dar,

Varağıma günəş qonar, yağarqar.

Damağımda neçə alov dadı var,

Mamırlanmış hisli ocaq daşıyam.

Bu yolların ürəyini üzmüşəm,

Cığırlara izlərimi düzmüşəm.

Göz yaşımda yelkən asıb üzmüşəm,

Qığılcımam, bir ovuc gözyaşıyam.


ANAR BOLUSLU (ƏLİOĞLU)

AXTARIR


Öz gözündə tir görməyən,

Yad gözündə qıl axtarır.

Zəhmət çəkib qazanmayan,

Əl açıbdı, pul axtarır.

Aylar, illərlə ac olan,

Özgə başında tac olan,

Beş şahıya möhtac olan,

İşlətməyə qul axtarır.

Qərar ki, vermədin düzgün,

Olmazbundan artıq pis gün.

Əlindənövlad didərgin,

İndiqız-oğul axtarır.

Cavabsızqalıb suallar,

Anardeyər, bağlı yollar...

Hərgün qurur xam xəyallar,

Gəzir dövlət, mal axtarır.