Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 1-də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.
Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.
Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.
Digər Xəbərlər
01 Aprel 2026 18:18
Qırğızıstanın Baş naziri Azərbaycana gəldi
01 Aprel 2026 16:02
Zaxarova Azərbaycana təşəkkür etdi
01 Aprel 2026 13:53
Paşinyan Moskvaya niyə gedib? – Politoloq açıqladı
01 Aprel 2026 12:59
İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı SƏRƏNCAM
01 Aprel 2026 09:03
Paşinyan Moskvaya yeni qovluqda gedir – Politoloq
31 Mart 2026 21:20
Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ
31 Mart 2026 18:55
Ceyhun Bayramov belçikalı həmkarı ilə müzakirə apardı
31 Mart 2026 14:26


Bakı -°C

