Paşinyan Moskvaya yeni qovluqda gedir – Politoloq
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əsasən işgüzar xarakter daşıyır. O, Moskva ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən qurmaq niyyətindədir. Paşinyanın Rusiya rəhbərliyinə çatdırmaq istədiyi əsas mesajlardan biri Ermənistanın artıq “forpost” deyil, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsinin vacibliyidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ermənistanla Rusiyanın quru əlaqələrinin Azərbaycan üzərindən bərpası məsələsinin də müzakirə olunacağı istisna deyil:
“Paşinyanın Moskvaya konkret təkliflər paketi ilə getdiyi ehtimal olunur və təbii ki, Rusiyanın da öz gündəliyi mövcuddur. Müzakirə edilə biləcək əsas məsələlər bunlar ola bilər:– Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin Moskvada imzalanması;– TRİP layihəsində Rusiyanın iştirakı;– Rusiyanın Ermənistandakı hərbi bazalarının fəaliyyətinin davam etdirilməsi. N.Paşinyan nəzəri baxımdan Rusiyanın təkliflərinə müsbət yanaşa bilər. Lakin seçkilərdən sonra daha fərqli və balanslaşdırılmış siyasət yürüdəcək. Bu yanaşma müəyyən mənada Kremlə mesaj kimi də qiymətləndirilə bilər: seçki prosesinə müdaxilə edilməsin, qarşılığında isə seçkilərdən sonra əməkdaşlıq davam etdirilsin. Ümumilikdə, Ermənistanın əvvəlki “forpost” statusundan uzaqlaşaraq yeni şərtlərlə çıxış etməsi Moskva üçün gözlənilməz və müəyyən mənada “soyuq duş” effekti yaradır. Buna baxmayaraq, Paşinyanın bu səfərinin iki ölkə arasında mövcud soyuq münasibətlərdə ciddi dinamika yaradacağı mümkün deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Mart 2026 21:20
Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ
31 Mart 2026 18:55
Ceyhun Bayramov belçikalı həmkarı ilə müzakirə apardı
31 Mart 2026 14:26
“Xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi...”
31 Mart 2026 14:18
“Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir”
31 Mart 2026 13:51
“Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi”
31 Mart 2026 13:45
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:53
Azərbaycanın Mərakeş və Suriya ilə imzaladığı sazişlər təsdiqləndi
31 Mart 2026 12:48


Bakı -°C

