adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Yanvar 2018 11:21
39393
MARAQLI

Elektrik verilərək kükrədilən şir - Film studiyalarının loqoları













Kolumbiya Pictures


1924-cüildə qurulan Kolumbia Pictures film studiyasının ilk loqosunda əlində məşəltutan, çiynində Amerika bayrağı olan qadından, qaranlıq fonda "A Columbia Production” yazısından ibarətidi.

Beşil sonra dəyişdirilən loqonun arxa planı buludlu, sonralar isə daha da təkmilləşdirildi.Sony şirkəti tərəfindən hazırlanan son loqoda əlində məşəl tutan qadınınçiynindən sallanan Amerika bayrağını mavi parça əvəzlədi. İlk loqosuna baxandasonuncu çox mükəmməl görünür.




Paramount Pictures – Ulduzlu dağ

Hollivudunəfsanəvi film studiyalarından biri olan Paramount Pictures 1912-ci ildəyaradıldı. Çox keçmədi ki, bu film studiyası Amerikada ən çox film istehsal edənstudiyaya çevrildi. Loqosunda görünən qarlı dağ Mahalanqur silsiləsinin bir parçasıolan Everest dağıdır. İlk dəfə 1916-cı ildə düzəldilib. Loqoda 24 ulduz varidi. Ki, bunların da hərəsi müqavilə ilə işləyən 24 tanınmış aktyoru təmsiledirdi. Zaman keçdikcə ulduzların sayı 22-yə düşdü və hələ də səbəbi bilinmir.




Dreamworks – Ayda oturan uşaq

Filmlər,komputer oyunları, cizgi filmlər istehsal edən bu studiya 1994-cü ildə StevenSpielberq, David Geffen, Jeffrey Katzenberq tərəfindən yaradılıb. Loqoaxtarısında olan Steven Amerikanın qızıl dövrünü özündə ehtiva edən loqoaxtarışında idi. Stevenin bir çox filmlərində səs effektlərini düzəldən DenisMouren Ayda oturan bir uşaq hazırladı, ancaq bu insanların marağına səbəbolmadı. Loqonun əllə çəkilərək hazırlanmasını düşünüldü və bu işi Robert Hantahəvalə elədilər. Robert öz oğlundan təsirlənərək Ayda oturan uşaq loqosunu çəkdi.





Walt Disney – Saray

1923-cüildə Roy və Valt Disney öz karikatura studiyalarını yaratdılar. 1928-ci ildə Valtın hazırladığı Mikki Maus hərkəs tərəfindən sevildi və ölkələr arası şöhrəti qazandırdı. Onların loqosundabir saray var. Bu saray Almaniyanın Bavyera əyalətində yerləşənNeuschwansteinsarayıdır.






Metro Goldwyn Mayer – Kükrəyən şir

Filmlərinbu studiyaya məxsus olmasını anlamaq çox asandır. Filmin əvvəlində qorxunc kükrəməsilətamaşaçını salamlayan şiri görüb ab-havaya girməyə başlayarıq. Şirin kükrədiyibu görüntü ilk vaxtlar səssiz olaraq lentə alınacağı düşünülmüşdü. Çəkilişlərzaman şir iki nəfərə hücum edir və öldürür. Bu anda şirin kükrəyərkənçıxartdığı səs lentə alınır. Adı Leo olan bu şir günümüzə qədər dəfələrlə dəyişdirilib.Bu zamana qədər yeddi şirdən istifadə edilib və hamısının da çəkilişindəbədbəxt hadisələr baş verib. Ən son 1957-ci ildə Leo adlı şir bizim bu güngördüyümüz kükrəmənin sahibidir. Bütün bədbəxt hadisələri nəzərə alaraq şirinmasaya uzadılıb, ayaqlarını möhkəm bağlayıb və bədəninə elektrik verilərək kükrəməsinitəmin edilib.


Emin Akif