Elçin Əmirbəyov Brüsseldə mina problemi haqqında məlumat verib
Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu illərdə mina və digər partlayıcı qurğularla çirklənmiş ərazilərin təxminən 13,4 %-i, yəni 11 667 km² hələ də təmizlənməmiş qalır.
Adalet.az "The Belgium Times"da dərc olunmuş məqaləyə istinadən verdiyi xəbər verir ki, bu məlumatlar Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycanın Brüsseldəki səfirliyində jurnalistlərlə görüşü zamanı təqdim edilib.
Materiallara əsasən, 1991-ci ildən bəri 3400-dən çox Azərbaycan vətəndaşı mina, PHS və digər partlayıcı qurğuların qurbanı olub. Təkcə 2020-ci ilin noyabrından 2023-cü ilin noyabrına qədər olan dövrdə 412 yeni hadisə qeydə alınıb, onlardan 341 nəfər yaralanıb, 71 nəfər həlak olub.
Məlumatda həmçinin ərazilərin minalardan təmizlənməsi prosesində aşkar edilmiş qurğular haqqında ətraflı statistika da yer alır:
- 39 728 piyada əleyhinə mina,
- 22 822 tank əleyhinə mina,
- ümumilikdə 232 522 partlayıcı qurğu, o cümlədən 169 972 partlamamış döyüş sursatı və 62 550 mina.
Bu günə qədər 2 427 km² ərazi minalardan təmizlənib, bu da mina ilə çirklənmiş ərazilərin ümumi sayının 20,8 %-ni təşkil edir. Genişmiqyaslı mina çirklənməsi həmçinin məcburi köçkünlərin geri qayıtması üçün də ciddi maneə olaraq qalır./Report
Digər Xəbərlər
09 Dekabr 2025 16:32
Azərbaycan lideri: Aramızda çox dayanıqlı bağlantılar qurulacaq
09 Dekabr 2025 16:26
Pelleqrini: Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və münaqişənin sülh yolu ilə həllinə dəstək göstərib
09 Dekabr 2025 16:26
İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət edib
09 Dekabr 2025 16:24
İlham Əliyev: Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq
09 Dekabr 2025 16:10
Prezident: “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək
09 Dekabr 2025 16:05
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - YENİLƏNİB + FOTOLAR
09 Dekabr 2025 15:54
İlham Əliyevlə Robert Fitsonun təkbətək görüşü keçirildi - FOTOLAR
09 Dekabr 2025 15:29


Bakı -°C

