Elçin Əmirbəyov Almaniyanı azad olunan ərazilərdəki minatəmizləmə sahəsində dəstəyə dəvət edib
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkəni Azərbaycanın işğaldan azad olunan ərazilərdəki minatəmizləmə sahəsində dəstəyə dəvət edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, AFR kanslerinin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun digər üzvləri, və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri müzakirə edilib, mövcud tərəfdaşlığın dərinləşdirilməsi və keyfiyyətçə yeni bir mərhələyə yüksəldilməsinə dair qarşılıqlı maraq ifadə edilib, bu məqsədlə iki ölkə arasında davamlı yüksək səviyyəli təmasların vacibliyi vurğulanıb, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılmıdır.
Tərəflər siyasi, iqtisadi, humanitar, enerji, kənd təsərrüfat, informasiya və kommunikasiya texnologiyaları, müdafiə və təhlükəsizlik, mədəniyyət və tədris sahələrində əməkdaşlığın perspektivlərini və başqa qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.
Bundestaqda keçirilən görüşlərdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, il ərzində nəzərdə tutulan təmasların əhəmiyyəti vurğulanıb.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini ətraflı şəkildə məlumatlandırıb. Almaniya tərəfi isə öz növbəsində normallaşma istiqamətində ciddi irəliləyişləri və hazırda davam etdirilən müsbət dinamikanı yüksək qiymətləndirib və sülh prosesinə öz tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, regional nəqliyyat bağlantılarının formalaşdırılması və bu məsələdə Avropa İttifaqının mümkün rolu ətrafında fikir mübadiləsi aparılıb. Keçən ilin Aİ-Azərbaycan münasibətləri baxımından gözəçərpan tərəqqi ilə səciyyələndiyi, növbəti aylar ərzində bu təmayülün qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
Qarşı tərəfə ərazilərmizin minalarla çirkləndirilməsi və bununla bağlı yaranan problemlər haqqıında məlumat verən Prezidentin nümayəndəsi, beynəlxalq miqyasda humanitar minatəmizləmə sahəsində fəal iştirak edən Almaniyanı Azərbaycanda da bu sahəyə dəstək verməyə dəvət edib.
Səfər çərçivəsində, Elçin Əmirbəyov həmçinin Almaniya Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunda (SWP) yerli beyin mərkəzləri nümayəndələri və təhlükəsizlik ekspertləri ilə dəyirmi masa keçirmiş,"Berliner Zeitung" qəzetinə müsahibə verib.
Digər Xəbərlər
05 Mart 2026 11:44
“Bu iş hər bir dövlət başçısına nəsib olmur...”
05 Mart 2026 11:37
“Azərbaycan üçün də İranın Körfəz ölkələrini hədəf seçməsi qəbuledilməzdir”
05 Mart 2026 11:21
“Növbəti günlərdə ABŞ və İran arasında danışıqların baş tutması gözlənilir”
05 Mart 2026 10:36


Bakı -°C

