adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 10:58
70
GÜNDƏM
A- A+

Prezidentin adından saxta "fəxri diplom" təqdim edən şəxs həbs edildi - VİDEO

Son günlərdə qalmaqalla gündəmə gələn Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının rəhbərliyində dəyişiklik olub.

Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən kombinata rəhbərlik müvəqqəti olaraq Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsləhətçi-mühasibi Etibar Hüseynova həvalə olunub.

Qeyd edək ki, buna qədər Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatına baş-mühəndis-direktor əvəzi olan Ruslan Mustafayev rəhbərlik edirdi. O, hazırda işini baş mühəndis olaraq davam etdirir.

Xatırladaq ki, R.Mustafayev bir neçə gün əvvəl guya ölkə başçısının adından "fəxri diplom" alması ilə gündəmə gəlmişdi. Ona "mükafat"ı təqdim edən Fəqani Hüseynov adlı şəxs Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs edilib.