adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Mart 2023 14:53
346
DÜNYA

Eks prezident Serj Sarkisyanın"sağ əli"inə HƏBS QƏRARI

2019-cu ildə İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın həbs edilməsini qərara aldı. Sarkisyan ABŞ-da yaşadığı üçün məhkəmənin qərarı hələ yerinə yetirilmədi.


Adalet.az xəbər verir ki, məhkəmə hazırda ABŞ-da yaşayan və axtarışa verilmiş keçmiş müdafiə nazirinin qiyabi həbsi ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləki, məhkəmə keçmiş nazirin müdafiə tərəfinin daha əvvəl verdiyi şikayəti təmin etməyib.
Məlumat ölkənin məhkəmə strukturlarının Teleqram kanalında yayılıb.
Qeyd olunur ki, Vigen Sarkisyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yaxın ətrafından olub. 2018-ci ildə hökumət dəyişikliyindən sonra istefa verərək Amerikaya köçüb.

Keçmiş müdafiə naziri 2016-2018-ci illərdə vəzifə başında ikən hərbi qulluqçulara ev bölgüsü zamanı vəzifəsindən sui-istifadə eləməkdə, bölgünü ədalətsiz aparmaqda, nəvbədənkənar şəxslərə, hətta hərbçi olmayanalara ev verməkdə ittiham edilir.

 Əntiqə Rəşid