Ekranların gülüş çələngi: Ömrünü "Şurik" kimi başa vuran Aleksandr Demyanenko - 87
jpg-1717055187.jpg)
Məqaləni açıb oxumamışdan əvvəl fotodakı şəxsi görüb tanıyanlar kinobaz, sevənlər isə gəncliyi 1970-95-ci illərə təsadüf edən şəxslərdir. Buna qəti əminəm. Çünki, hələ o illərdə bir televiziyamız vardı, o bir televiziyada uşaqların, gənclərin tərbiyəsində mühüm rol oynayan, cəmiyyətə müsbət mesajlar ötürən əyləncəli, düşündürücü və bir-birindən maraqlı verlişlər, filmlər göstərilirdi. O verlişlərə, filmlərə rahatlıqla, ata-ana, bacı-qardaşla birgə baxırdıq, utanmırdıq, başımızı aşağı dikmirdik, gözümüzü ekrandan yayındırmırdıq.
Təəssüf ki, belə bir ənənə yerini əxlaqsızlığı, cinayətkarlığı təlqin edən verliş və filmlərə verdi. Əxlaqsızlıq da, pozğunluq da, cinayətkarlıq da kifayət qədər cəmiyyətin nəbzinə döndü. Bu fikirlərimə başqa bir yazının mövzusu olsa da demədən ötə bilmədin.
Xülasə... Keçək, həmin dövrlərdə kiçikdən böyüyə hamını ekran qarşısına yığa bilən filmlərdən, sənət adamlarından birinin tanıtımına...
Əslində, azərbaycan tamaşaçısı “Şurik” deyib sevdiyi aktyorun uzun müddət bəlkə də heç adını bilməyib. Eləcə, onun digər ekran obrazlarını da “Şurik” in xətrinə izləyib və yenidən sevib.
Bəli, söhbət ""I" əməliyyatı və Şurikin başqa macəraları" ""I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki Şurik rolu ilə yaddaşımıza həkk olunan Sovet və Rusiya aktyoru, RSFSR-in xalq artisti Aleksandr Demyanenkodan gedir.
O dövrdə , ümumiyyətlə film ekranlara çıxandan sonra eynəkli, sadəlövh, zamanın nəbzinə uyğun olaraq intellektli sarışın oğlan nəinki milyonlarla sovet tamaşaçısının, eləcədə, dünyanın sevimlisi oldu.
Rusiyanın xalq artisti olsa da, “Xalq qəhrəmanlarının obrazları qalereyasına görə” mükafatın sahiblərindən biri kimi tanınsa da, amma yaddaşlarda yalnız Şurik kimi qalıb.
Onu SSRİ kinorejissoru, ssenarist, aktyor Leonid Qaydayla rastlaşmasaydı, bəlkə də taleyi tamam başqa cür davam edərdi.
Məsələn 1 il yarım oxuduğu hüquq fakültəsini atmazdı, adi bir hüquqşünas olardı, öz ətrafından başqa onu heç kim tanımazdı.
Qarayanız Saşanı sapsarı rəngləyib dubllara çəkdikcə o kameranın qarşısında Şuriki deyil özünü oynadığını etiraf edir.
İndi də o filmə (bəlkə yüz dəfə baxmışam) hər dəfə baxanda yorulmuram, usanmıram, eyni maraqla baxıram.
Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olub. O, ən tanınmış rus aktyorlarından biriydi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı.
Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.
О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir sıra parlaq obrazlar canlandırır. "Don Pedro" tamaşasındakı rolu Demyanenkonun son işlərindən biri olub.
Yaşadığı müddətdə 73 -ə qədər filmə çəkilən Aleksandr Demyanenko həm də ən məşhur dublyaj aktyorlarından biri idi. Belə ki, onun səsilə ekranlarda Ömər Şərif, Jan-Pol Belmondo, Uqo Tonyassi, Robert de Niro, Stiv Buşemi, Con Voyt və b. aktyorlar danışırdılar.
1968-ci ildə A. Demyanenko Leninqrad televiziyasında qısametrajlı "Müqəddəs yalan" qısametrajlı filminə quruluş verir. A. Demyanenko eləcə də uğurla "Çiyələk" serialında çəkilib. 1991-ci ildə ona Rusiyanın xalq artisti fəxri adı verilib.
Aleksandr Sergeyeviç Demyanenko 22 avqust 1999-cu ildə ürək çatışmazlığından vəfat edib və Sankt-Peterburqda dəfn olunub.
Əntiqə Rəşid
Digər Xəbərlər

Tikdim ki izim qala: istedadlı memar Aqil İsmayıl oğlu Yusifov

MƏDƏNİYYƏT İŞÇİLƏRİ YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr -FOTOLAR

Xalq artisti Cəfər Namiq Kamal - 75

Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub
jpg-1747654027.jpg)
Türkiyənin məşhur erməni fotoqrafı:Xudbin və istedadlı Ara Gülər

Ulu Öndərin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
