adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Sentyabr 2018 14:54
5851
MƏMLƏKƏT

“Ekoleks” beynəlxalq təcrübəni öyrədir

Dünən"Kaspian Plaza” Biznes Mərkəzində "Ekoleks”Ekoloji Hüquq Mərkəzi ictimai birliyi "Ekoloji nişanlar –beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi” mövzusundanövbəti seminarını keçirib. Dövlət qurumlarınıntəmsilçilərinin, ekspertlərin, biznes və ictimaiyyəttəmsilçilərinin iştirak etdiyi toplantıda layihənin direktoruSevil İsayeva əvvəlki seminarlar barədə danışıb, tədbirinməqsədi haqqında ətraflı məlumat verib.

Seminardaekoloji nişanlar-beynəlxalq təcrübənin Azərbaycanda tətbiqiilə bağlı adlı təqdimat da keçirilib. Təqdimat zamanı dünyadaməhsul istehsalı və istehlakında əhəmiyyətli yer tutan ekolojitəmiz məhsul və xidmət standartlarından, belə standartlarauyğunluğu müəyyən etmək üçün akkreditasiya vəsertifikasiyadan, ekoloji təmiz məhsul nişanları, onlarınnişanlanma qaydası və üstünlüklərindən geniş bəhs olunub.Ekspertlər Azərbaycandakı vəziyyət və beynəlxalq tələblərəuyğunlaşdırma üçün zəruri addımlar barədə fikir mübadiləsiaparıblar, təkliflərini səsləndiriblər.

AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilənlayihənin məqsədi ətraf mühitin mühafizəsi və istehlakçılarıntəhlükəsizliyi normalarına cavab verən ekonişanlar barədəəhalinin maarifləndirilməsi və sahibkarların məlumatlandırılmasıyolu ilə istehlak və istehsal mədəniyyətinin yüksəlməsinə,məhsul və xidmətlərin ixrac qabiliyyətinin artırılmasınadəstək verilməsidir.