adalet.az header logo
  • Bakı -°C
28 Avqust 2026 18:02
62
DÜNYA
A- A+

İranda Trampı şizofren adlandırdılar

ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi cəfəngiyyat və hallüsinasiyadır.

Adalet.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.

“Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixoloji pozuntudur. Onun ən çox rast gəlinən simptomları hallüsinasiyalar və sayıqlamalardır”, – iranlı diplomat bildirib.

Qeyd edək ki, Donald Tramp avqustun 22-də Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini açıqlayıb. Daha sonra o, “Truth Social” platformasında Hörmüz boğazının digər ABŞ əraziləri ilə birlikdə Amerikaya məxsus olduğunu göstərən xəritə yayımlayıb.