Əhməd İsmayılov: Obyektiv informasiya mühitinin yaradılması əhəmiyyət kəsb edir
Hazırkı qlobal informasiya təhdidləri və formalaşmış yeni reallıqlar çərçivəsində ölkələrimizin informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyə başlayıb.
Adalet.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən media islahatlarının başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi və rəqabət qabiliyyətinin artırılması, informasiya mühitinin sağlamlaşdırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır:
“Bu gün biz ictimai etimadın formalaşdırılmasında medianın rolu haqqında bəhs ediriksə, ilk növbədə medianın özünə ictimai etimadın yüksək olmasının vacibliyini vurğulamalıyıq. Mediaya etimad heç şübhəsiz ki, ölkələrimizin informasiya təhlükəsizliyinin təmin edilməsində vacib komponentidir.
Artıq insanların düşüncəsinə hakim kəsilmiş rəqəmsallaşma fenomeni ənənəvi media alətləri ilə müqayisədə daha böyük miqyası əhatə edərək eyni zamanda yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir".
Ə.İsmayılov qeyd edib ki, texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir:
"Rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi öz növbəsində ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaratmaqdadır. Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib”.
Digər Xəbərlər
24 Noyabr 2026 16:57
MŞ bəzi media subyektlərini peşə etikası qaydalarına əməl etməyə çağırıb
23 Noyabr 2026 11:21
Media və Yayım Şurası qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi - YENİLƏNİB
20 Noyabr 2026 12:52
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
20 Noyabr 2026 11:48
Media və Yayım Şurası bu müsabiqə qaydalarında yeniliklər edib
19 Noyabr 2026 18:46
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18 Noyabr 2026 17:06
Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO
18 Noyabr 2026 10:12
Mətbuat Şurasında “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları ilə görüş keçirilib
17 Noyabr 2026 16:33


Bakı -°C

