adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 11:17
49
SİYASƏT
A- A+

"Əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür" - Spiker

"10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna olan məlumata görə, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı spiker Sahibə Qafarova deyib.

MM sədri bildirib ki, sosial sahəyə böyük diqqət yetirilir, insanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür:

"Məmnunluqla qeyd olunmalıdır ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaq. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur. Gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur".