ƏDV toplayanlara ŞAD XƏBƏR: Daha çox qazanacaqsınız

Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir.
Adalet.az xəbər verir ki, təklif edilən dəyişikliyə görə, “ƏDV geri al” üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir.
1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə geri qaytarılan ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:
-nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);
-nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).
Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin qaytarılması da nəzərdə tutulur.
Digər Xəbərlər

Azərbaycan nefti bahalaşdı

Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

Sabit aylıq tarif nə qədər olacaq? - Nazir müavini açıqladı

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək

Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir

Elektrik enerjisi istehlakçılarına aylıq sabit tarif tətbiq olunacaq
