adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Aprel 2024 09:33
1595
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu:Dünyada olubmu, ya  olacaqmı?!

Məni sevənlərin adın  bilmədim,
Yaxının, uzağın, yadın  bilmədim...
Mən sənə  bərabər Qadın, bilmədim -
Dünyada olubmu, ya olacaqmı?!,

Ömrün xırmanında  vəl  işləmədi,
Qırıldı  qol, qanad - əl , işləmədi!..
Mənim  yaşamağım  bir  gəlişmədi -
Dünyada olubmu, ya olacaqmı?!.

Səhərə  çatınca  gecəni  qovdum,
Yanımdan, yolumdan keçəni  qovdum...
Bilmirəm  mən  nəyi, neçəni  qovdum -
Dünyada olubmu, ya olacaqmı?!.

Qədir axşamında, niyyət  anında
Allaha  və Sənə  biət  anında...
Bax gör, bu Əbülfət Sənin yanında -
Dünyanda olubmu, ya olacaqmı?!.