adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Avqust 2018 11:16
11928
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: ÜÇ SÖZLÜK MƏKTUB

Xəbərin olmadı -
yatıb qalmışdın
Səhər gözlərimdə açıldı bu gün...
Yorğan əvəzinə kədər salmışdın
Üstümə ,
oda ki, daş idi bütün!..

Çevrildim min dəfə qorun içində
Elə yatmışdın ki, duymadın bunu!..
Çətin rahat ollam - gorun içində -
Həmişə bir olur -
əvvəlin sonu!

Heç də incimirəm -
gileylənmirəm...
Sadəcə gerçəyi duyub - yazıram...
Sözüm toxunmasın! - deyə qələmi
Gözümün yaşında
yuyub, yazıram ...