adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyun 2019 10:49
13324
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: TƏKLİYİ...

Mən duyduğum gül nəfəsin,
Ay ağrısın, il nəfəsin...
Yaşatmadın, sil nəfəsin -
Götür, üstümdən təkliyi...

Sinəm ahdan olub dağ-dağ
Leysan kimi üstümə yağ...
Yaxın durma, uzaqdan bax -
Tanı, tüstümdən təkliyi...

Qəm çəkirəm bilə -bilə
Günüm, halım düşüb dilə...
Sən də çalış bir yol ilə -
Qurtar, " istimdən" təkliyi...

Sinəmdə xışla, eşq becər
Düşünməki, bu da keçər!
Sevməyənlər çətin seçər -
Mənim büstümdən , təkliyi