Əbülfət Mədətoğludan yeni şeir: TƏƏSSÜF....
Mən söndürdüyün şamam
gərəkliyim bitibdi...
Adım da , özüm kimi -
ortalıqda itibdi...
Nə ayaqda durmağa
nə axtarış etməyə...
Sevgi Evi də yoxdu -
qapısına getməyə...
Əllərimlə sıxıram -
çiynimə yük başımı...
Aç ovcunu , göy üzü -
sal başıma daşımı!..
Minnətsiz qurbanlığım-
bəlli kağız və qələm!...
Allahım , bu da ruhum -
Gəlmişəm - Sənlə böləm...