Əbülfət Mədətoğlu: YAĞIŞ QOXUYAN ŞEİR
Yağış elə ələnir ki,
Əl uzadıb tutmaq olar...
Hətta, yağışla oynayıb -
Hər şeyi unutmaq olar...
Haqqın göy boyda ələyi
Nizama düzüb yağışı...
Sənə elə gəlməsin ki,
Kökündən üzüb yağışı...
Nur kəndiridi bu yağış
Asılım, . canın qurtarsın...
Möhür tək . qara daş üstə -
Basılım, canın qurtarsın...
Duzunu yusun kipriyin
Göz yaşın axsın yağışla...
Adımdan söyləsin yağış :
- Bağışla, onu, bağışla