ƏBÜLFƏT MƏDƏTOĞLU: VAXTI...
Mən bu anı gözlədim
Bilmirəm neçə vaxtdı?!.
Dindim axır...dözmədim -
Gecənin , gecə vaxtı...
Ruhumun laylası tək
Bir vüsal yaylası tək...
Bir arı ailəsi tək -
Qaçırtdım, beçə vaxtı...
Bu ürək ağrı şanı
Dil onun danışanı...
Həsrət tək tanış hanı?-
Verməyə , heçə vaxtı...
Göyərməyən ahım var,
Dünyaca günahım var...
Mənim də Allahım var! -
O baxa...seçə vaxtı!
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

