Əbülfət MƏDƏTOĞLU: ÜZÜNDƏ
Dərə çəkən dumanam
Ümid sızan gumanam...
Çətin qalam - yubanam -
dünyanın bu üzündə!..
Haqqa açıq əlimlə
Ürək adlı " dəli"mlə...
Çökdüm - "gedim -gəlim!"-lə -
dünyanın bu üzündə...
Gün günü qatarlayıb
Gör , neçə qat tarlayıb?!
Həsrətim cadarlayıb -
qalmayıb su üzündə...
.
Ruhum əlləşir göylə
Dinlə məni - bir öynə!..
Şeirimi suya söylə -
Həm də ki , yu , üzündə...