adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2020 11:29
37614
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: GÜNÜN DAHA BİR ŞEİRİ

Yorulmuş ömür dəvədi
tökülmüş dişlər həvədi...
Dərd qapqaradı - şəvədi -
Yaxamı tanıyır çoxdan...

Bilən bilirki , gül , nədi
üzü üzümə gülmədi...
çıxan ad da bir güllədi -
sinəmdə qanıyır çoxdan...

Bacarmıram üzə vuram -
bəxti, ya da , üzə duram!
Mən , ona əl uzadıram -
o, məni yanıyır çoxdan!..

Ömür yoxuş , həm yenişdi
onu, çəkdiyim yemişdi!
Deyirdin - dünya genişdi -
günümü sanıyır ... çoxdan!