adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2019 12:40
27350
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

(Əvvəli burada)

... Buda dövlət sərhəddimiz. Artıq gömrük yoxlamasından keçmək üçün növbə tutmuşam.Ona görə növbə sözünü xüsusivurğulayıram ki, əməlli-başlı qələbəlikdi. Yazımın əvvəlində dediyim kimi, Türkiyədətəhsil almağa gedən tələbələrin gurluğu burada da özünü göstərirdi. Ona görə dənövbə gözləmək və qanunauyğun bir şəklidə sərhəddi keçib yolçuluğu davam etdirmək hər kəs kimi mənim də indi görəcəyim əsas işlərdənbiri idi...

Bəli,növbəm çatır. Nəzarət məntəqəsinə yaxınlaşıram. Ola bilsin ki, bu söz yerinədüşmür. Amma onun üçün ayrılmış yerdə əyləşmiş gömrük işçisi ilk dəfə idi ki,üzündə bir təbəssüm hiss etdirməklə mənəuğurlu yol diləyir. Bunun hardan, nədən qaynaqlandığını hələ də bilmirəm. Bəlkədə normal bir şəkildə, basabas salmadan, çox sakit bir şəklidə balaca bir əlçantamla həmin buraxılış-keçid deyilən nöqtəyə yaxınlaşmağım ona xoş gəlmişdi. Bəlkə də hardsa bir tanışlıq, bir bənzətmə dəvar idi. Nə isə... Bütün bunların indiki anda müzakirə mövzusu olmadığınıbildiyimdən tam səmimi bir şəkildə vurğulamaq istəyirəm ki, həmin gün Qırmızı körpüdəkisərhəd-keçid zolağını könül xoşluğu ilə keçibGürcüstan torpağına ayaq basdım. Amma...

Ammaburda bir məqamı xüsusi vurğulamalıyam. Beləki, sərhəddin Gürcüstan tərəfində, xüsusilə neytral zonada adamlarındayanıb öz avtobuslarını gözləməsi çox üzücü bir prosesdi. Bəzən uzun müddətaçıq havada, yağışın, küləyin qarşısında dayanmalı olursan. Və gürcü polisinindavamlı şəkildə öz apardığı müşahidələrlə, adamlara tutduğu iradlarla bəzən əndazəniaşırlar. Bu da şəxsən məndə əks reaksiya doğurur. Belə ki, Türkiyəyə təhsilalmağa gedən tələbənin kiçik bir xəta üzündən geri qaytarılması mənim üçün heçdə xoş olmadı. Doğrudur, qanuna hörmət,qaydalara əməl etmək hər kəsin borcudu. Amma uzaq bir yolçuluğa çıxanı, özü dətəhsil almağa gedəni geri qaytarmaq, çəkib yerə atdığı siqaret kötüyünə görə buqədər sərt cəzalandırmaq məncə huimanistliklə, dostluqla, qonşuluqla bağlı xoşbir iş deyil. Həmin gənci töhmətləmək,ona xəbərdarlıq etmək, necə deyərlər, qınamaq olardı. Və mən də bunu bir insankimi məmnunluqla qarşılayardım. Amma onun dərsinə gecikməsinə səbəb olacaq geriqaytarmaq qərarı dediyim həmin o nüansların heç biri ilə üst-üstə düşmür. Nə isə...

Buneytral ərazidə o qədər sahibsiz itlər var ki, az qala adamların əl-ayağınadolaşırlar. Bilmirəm, gürcü tərəfi buna necə baxır, amma mən qadınların,uşaqların ətrafından əl çəkməyən, onlara təlaş yaşadan bu halı da normalsaymıram. Bu da öz yerində. Nəhayət ki, avtobusumuz sərhəd xəttini keçib dayandığımız nöqtəyə gəlir.Və biz də artıq gözləməkdən yorulmuşuq. Ayaqlarımızın sözümüzə baxmadığıdurumda özümüzü güclə yerlərimizə çatdırırıq. Belə vəziyyətdə oturacaqlardarahatlanmaq adama xüsusi ləzət verir. Yəqin ki, belə məqamları siz dəyaşamısınız. Hər kəs yerini tutandan sonra sürücü yardımçısı yenə artıq bizədoğmalaşmış səsilə salona üz tutur:

- Hər kəsyanındakı yoldaşının əyləşib-əyləşmədiyini, yəni hamının avtobusda olduğunadiqqət yetirsin. Kənarda qalan yoxdur ki?

Təbiiki, az qala xorla hamı dillənir:

- Xeyr,gedə bilərik.

Köməkçitəkrar ikinci elanı səsləndirir:

-İyirmi-iyirmi beş dəqiqədən sonra dayanacağıq. Yarım saatlıq istirahət. Sonraisə yolçuluğa davam...

Onsuz dabayaqdan siqaret çəkmək üçün darıxan, az qala dişini dişinə sürtən mənim kimi sərnişinlərbu xəbəri sevinclə qarşılayır. Və həqiqətən iyirmi beş dəqiqədən sonraGürcüstan ərazisində avtobusun marşrut xətti üzrə olan məntəqəyə çatırıq. Burdahəqiqətən türk mətbəxi üstünlük təşkil edir. Doğrudur, qiymətlər heç də ürəkaçanolmasa da, səliqə-səhman o qədər də pis deyil. Hamı kimi mən də piştaxtayayaxınlaşıb bir mərci şorbası sifariş verirəm. Təbii ki, yanında da limonu ilə.Hə, yadımdan çıxmamış yol-yoldaşım olan bu qəşəng, balaca qızın bir xidmətinimütləq qeyd etməliyəm. Yoxsa haqqını yemiş olaram. Belə ki, hələ Qazaxaçatmamış anası onun üçün hazırladığı tutumlu bir dürməyi mənə uzadıb:

- Baba,al, ye! – dedi.

Doğrusu,onun bu ərki, səmimiyyəti və öz payını mənə verməsi içimdə kövrək duyğular oyatdı.Öz nəvələrimi düşünüb üzündən öpdüm və təşəkkür etdim. Qızcığaz bununla darazılaşmadı. Məcbur şəklidə israrla dürməyimi almağımı istədi. Onun bu ərkivalideynlərini də dilə gətirdi. Hər ikisi az qala bir yerdə :

- Müəllim,uşağın əlini geri qaytarmayın! – dedi.

Məcburolub bu balaca mələyin dürməyini aldım. Həqiqətən əsl Naxçıvan lavaşında mükəmməlbişirilmiş bir kotlet idi. Mən ailəyə, xüsusilə bu balaca mələyə təşəkkürümübildirirəm. Bizim dostluğumuz bir az da möhkəmləndi. Çantamı axtarıb içərisindənyol üçün götürdüyüm şüşə konfetdən bir neçəsini ona verdim. O da gülməklə mənimxidmətimi qarşıladı və bu gülüş də mənim ən böyük təşəkkür payım oldu...

Dayandığımızistirahət- dayanacaqdan yarım saatdan sonra tərpənirik. Və mən həmin o məntəqədəvə elə bura qədər gəldiyim yolda öncə keçirdiyim hisslərlə, dəfələrlə şahidiolduğum mənzərələrlə yenidən qarşılaşdığımdan xəyal güc gəldi mənə. Və bir dəgördüm ki, misralar öz-özünə göyərməyə, doğulmağa başlayır.


Bilsəm

nə qədər

fikirdaşıyıram

daşdanağır...

onların

ənxırdasına

hətta

iynə ucuboyda

vaxtayırmırsan...

səninləçözüm

mənfağır...

Amma...

bunuözünə

sənqayğı etmə,

həttaüstünə getmə...

unutbüstbütün!

çünki sənə

deməkistədiklərim

yaşadıqlarım

vəyaşatdıqlarım –

yənibunların hamısı

bitəcək,

qurtaracaqbir gün!...

onda mənsiz

hər şeyi

çözərsənözün...


Hərdənöz-özümə düşünürəm ki, uzaq səfərlər üçün hesablanmış marşrutlar nədən böyük şəhərləriniçərisindən keçir? Axı o şəhərlər avtobusdan düşən və avtobusa minən sərnişinyoxdusa, Bakıdan İstanbula, Ankaraya gedən avtobusun Tiflisin içərisindən keçməsinənə ehtiyac var, özü də gecə vaxtı? Özü də şəhər nəqliyyatının gur olduğu məqamda.Ola bilsin ki, burada mənim bilmədiyim nəsə var. Amma bildiyim odur ki, avtobusTiflisin içərisindən keçib gedərkən ən azından 40-45 dəqiqə burada artıq vaxtitirir. Həmin vaxt şəhərin kənarından keçən yolla hərəkət edib ünvana bir az datez çatmaq olar. Burda da bir nə isə deməyə məcburam. Çünki bu mənim fərdidüşüncəm, fərdi məntiqimdi...

Beləcə,artıq gecə saat 23:30 dəqiqədir və bizTiflis şəhərindən üzü Batumi şəhərinə doğru hərəkət edirik. Yol boyu bu şəhərintürk dünyasına olan çıxış qapısı ağzında qəribə hisslər keçirdiyimixatırlayıram və yaddaşımın küncündə həmin qapıyla bağlı yazdığım misralarmürgülü-mürgülü üzümə gülümsəyir. Mən omisraları sizinlə də bölüçürəm, üstündən zaman keçməsinə baxmayaraq:


Hər cürniyyətlə keçilən qapı

Böyüyən,bəzən də kiçilən qapı...

Uzaqdanbaxanda seçilən qapı –

Sən mənisaxladın o biri üzdə...


Diliniöyrəndim qaş ağaran vaxt

Yonulmuş,şəkilli daş ağaran vaxt...

Dan yerisökülüb, kaş ağaran vaxt –

Üzüməgüləydi o biri üz də!


Namərd okəsdi ki, düzün deməyə

Mənyaşayan ömür şumdu – demyə!

Baxıbneçə-neçə üzü dönüyə -

Məni üzdənsaldın o biri üzdə!


(Ardı var)